Mədəniyyət Nazirliyinə təklif edirəm ki...

Mədəniyyət Nazirliyinə təklif edirəm ki...
14 iyun 2019
# 10:20

Kulis.az Ruslan Mollayevin "Müharibəni boş ver, əsas manevrdir" yazısını təqdim edir.

I

Biz üçüncü sinifdə oxuyanda onlara 9-un uşaqları deyərdik. Çox yadda qalan günlər olub. Bayramlarda bütün məhəllə yığışardı tonqalın başına: rəqs edən kim, kartoşka bişirən kim… Sözüm onda deyil. Bu gənclərin içində, görünüş və davranışıyla, yaxşı mənada seçilən, biri vardı. Dava, söz-söhbət düşən kimi onu verirdilər qabağa. Xeyli vaxt keçdi, köçən köçüb getdi, yeniləri gəldi, biz böyüdük, bərbərxanada sənədli film çəkirdik. Bir nəfər canlı, amma hərəkətlərində nataraz bir adam içəri girdi. Bildirdik ki, film çəkilir birazdan gələrsiniz. Əvvəl elə bildik, içkilidir. Operatorun yaxasından tutub havaya qaldırdı, iki - üç saniyə saxlayıb yerə qoydu, keçib oturdu bərbərin kreslosunda, əli ilə bərbərə işarə edib, çağırdı: davay, bratan... Sakit, donmuş halda ona baxırdım, xatırladım, bu o idi, həmin, Emil. Güzgüdən mənə baxıb, "Voyna fiqna, qlavnoe manyovr " deyib, gülümsəyərək, göz vurdu. Bu söz elə məktəb illərindən ağzına düşmüşdü. Çəkilişi saxladıq, bərbərə dedim: qırx saçını. Ardıycan salona qardaşı Arif daxil oldu, məhəllə uşağı olduğu üçün Salam - Əleykimiz vardı.

- Emil sənin qardaşın imiş, deyəsən buralarda yox idi?! - soruşdum. Emil dinmədən söhbətimizə qulaq asırdı. Qardaşı da Emilin Rusiyada yaşamasından, davada bərk əzilməsindən danışdı. Xeyli vaxt komada yatıbmış,

- Nitqi belə tutulmuşdu. Elə indi də nitqində dumanlılıq vardı.

Sözüm onda deyil, ilk dəfə bu sözü Emildən eşitmişdim. “ Voyna fiqnya, qlavnoe manyovr “ və görünür nə vaxtsa manyovr etmədiyi üçün voynanın zədəsin almışdı.

II

2017-ci ildə fransız telekanalın çəkdiyi film, daha dəqiq desək teleserial, diqqətimi çəkdi. Bakının görüntüləri də mövcud olan serialda xüsusi xidmət orqanlarının iş metodikası qabarıq göstərilir. Əvvəl təəccüb etdim, nə əcəb belə bir filmin çəkilişinə Fransa icazə verib?! Çox güman ki, bu elə məhz Fransanın istəyi ilə, sifarişlə çəkilib. Dünyaya gücünü göstərmək üçün. Sanki deyir: Siz nə edirsinizsə istədiyim an sizdən xəbərdaram və təhlükə hiss etdiyimdə qarşısını almaq üçün metod, texnika, kompramatlarım mövcuddur. Səhv etmirəmsə üçüncü sezonun üçüncü seriyasında Azərbaycana gələn agentin otelə qadın sifariş verməsi ilk baxışdan məni son dərəcədə əsəbləşdirdi. Axı niyə film çəklişinin icazəsi veriləndə Mədəniyyət Nazirliyi ssenariyə diqqət yetirməyib?! Axı bu dövlətin şərəf və ləyaqəti məsələsidir. Bəlkə filmi bizdən xəbərsiz çəkiblər? Bilmirəm. Filmin gedişində müxtəlif ölkələrdə əməliyyatlar, işlər aparılır orda bu istiqamətdə heç bir kadr göstərilmir axı niyə Azərbaycan torpağına gələn kimi oteldə belə səhnə olsun ki? Özümə belə “ axılar ” içində suallar verərək filmin daxilində düşmən əli olduğunu düşündüm. Odur ki, mütləqdir, ərazimizdə çəkiləcək əcnəbi filmlərə məsuliyyətlə yanaşaq. Çünki onları bütün dünya diqqətlə izləyir, daha sonra müzakirələr aparır. Əlbəttə heç kimə sirr deyil, bu tipli xidmətlər müxtəlif ölkələrdə mövcuddur. Demək istədiyim odur ki, dünyaya yaxşı adla tanınaq. Bir boşluq yaratdınsa, tarix nəqqaşlığnı edir, xüsusən də kino...

Növbəti seriasında, sağ olsunlar, otelə gələn qadının da agent olduğu məlum olur.

Sirlərlə işlədikləri üçün xüsusi xidmət orqanları həmişə insanlar üçün maraqlı olub. İnsan sirrə, başqasının həyatını görməyə, eşitməyə meyillidir, məhz informasiyalara əsaslanaraq bu günün və sabahın təhlükəsizliyini, sabitliyini təmin etmək mümkündür. Bizdə də tarix boyu xüsusi xidmət orqanlarında yüksək keyfiyyətlə xidmət edən mütəxəssislərimiz, professionallarımız olub. Kimi tarix yazıb, kimi yazmaqdadır...

Hörmətli Mədəniyyət Nazirliyinə bunu təklif olaraq deyirəm, bəlkə, sirlərimizi deyil, gücümüzü göstərəcək film çəkək?!

III

Как вы думаете главное не манёвр?!

# 2258 dəfə oxunub

Müəllifin son yazıları

# # #