Qadınlar harada dincəlməyi sevir?

Qadınlar harada dincəlməyi sevir?
12 iyun 2013
# 07:30

Qarşıdan isti yay fəsli gəlir, insanlar istirahət planları qurur, fotoaparatını “sazlayır” və dincəlməyə tələsirlər. Elə biz də bu planlardan, daha doğrusu, qadın və kişilərin planlarının fərqliliyindən danışacağıq. Yəni səyahətdə qadınların və kişilərin seçimi əsasən hansı ölkələrdir? Tətildə ən çox hansı məşğuliyyətlərə üstünlük verirlər?

400-dən çox insan arasında aparılan araşdırmalardan məlum olub ki, kişilərlə qadınların tətil anlayışlarında bir çox fərqlər var. Məsələn, Tailand kişilərin tətil üçün seçdikləri ölkələr siyahısında birinci olsa da, cənub-şərqi Asiya ölkələri qadınların siyahısında beşinci pillədədir.

Bundan başqa, kişilərin siyahısında Hindistan beşinci sıradadır, qadınlarda isə heç ilk onluqda da deyil. Qadınların siyahısında yeddinci olan Avstriya kişilərin siyahısına daxil belə olmayıb.

Qadınlarla kişilərin tətil üçün həmfikir olduqları cəmi üç ölkə var: Avstraliya, ABŞ və İtaliya.

Kişilərin ən çox səyahət etdikləri ölkələr:

1. Tailand

2. ABŞ

3. İtaliya

4. Avstraliya

5. Hindistan

6. Yaponiya

7. İspaniya

8. Yeni Zelandiya

9. Misir

10. Norveç

Qadınların ən çox üstünlük verdiyi ölkələr:

1. ABŞ

2. Avstraliya

3. İtaliya

4. Yeni Zelandiya

5. Tailand

6. Yaponiya

7. Avstriya

8. Xorvatiya

9. Kanada

10. Yunanıstan

Tətildə cütlüklərdən hansının sözü keçir?

Cütlüklərin getdiyi ölkələr arasında ən populyarı İspaniyadır. Ancaq qadınların tək iştirak etdikləri sorğuda onların cəmi 17 faizi İspaniyaya marağı olduğunu deyib. Kişilərin siyahısındasa İspaniya yeddinci yeri tutur. Qısası, bu nəticəyə gəlmək olar ki, cütlüklər səyahət üçün ölkə seçəndə kişilərin sözü daha çox keçir.

Tətil məşğuliyyətləri

Araşdırma göstərib ki, həm qadınlar, həm də kişilər tətildə ən çox gəzintini və dincəlməyi sevirlər.

“Shoppinq” qadınların beşinci ən sevimli məşğuliyyəti olsa da, kişilər üçün alış-veriş doqquzuncu yerdə qərarlaşıb.

Kişilərin ən sevdiyi tətil məşğuliyyətləri:

1. Turist gəzintisi

2. Dincəlmək

3. Təbiət qoynunda gəzinti

4. İçmək

5. İdman

Qadınların ən sevdiyi məşğuliyyətlər:

1. Turist gəzintisi

2. Dincəlmək

3. Günəşlənmək

4. Təbiət qoynunda gəzinti

5. Alış-veriş

# 2880 dəfə oxunub

Müəllifin son yazıları

# # #