Anarın sədrliyinin ilginc tarixçəsi FAKTLAR

Anarın sədrliyinin ilginc tarixçəsi FAKTLAR
18 iyun 2014
# 10:49

1934-cü ildə yaradılan və bu gün 80 illik yubileyi qeyd olunan Azərbaycan Yazıçılar Birliyinin ilk sədri Məmmədkazım Ələkbərli olub. O, iki il işləyib vəzifədə. 1934-36-cı illərdə. Seyfulla Şamilov da təxminən iki ilə yaxın işləyib. Bundan sonrakı sədrlərin fəaliyyət müddəti belədir:

Rəsul Rza - 1938-1939

Səməd Vurğun - 1941-1948

Süleyman Rəhimov - 1954-1958

Mehdi Hüseyn - 1958-1965

Mirzə İbrahimov - 1965-1975

İmran Qasımov - 1975-1981

İsmayıl Şıxlı – 1981-87

Anar - 1987 - ...

Beləliklə, Böyük Vətən Müharibəsi və onun ağır nəticələri zamanında ki, mədəni tədbirlər az keçirilirdi, Səməd Vurğun kimi məşhur insan, imperatorun dostu cəmi 7 il işləyib. 60-cıların az qala silahlı üsyanına tuş gələn İsmayıl Şıxlı altıca il işləyəndən sonra evindən ərizəsini yazıb göndərib. Ən çox AYB sədri stajı olan və özündən sonrakı nəsil yazıçıların çox ciddi tənqidinə tuş gələn Mirzə İbrahimov isə 10 ildən bir qədər çox işləyib.

AYB-nin mövcud olduğu 80 ilin 27 (3/1) ilində bu quruma Anar rəhbərlik edib və dünən 5 il müddətinə beşinci dəfə seçildi. 12 qurultayın 5-də (1987, 1991, 1997, 2004, 2014-cü illər), yəni, az qala yarısında Anar namizədliyini verib və yekdilliklə sədr seçilib. Bir nəfər bitərəf belə olmadan!

# 4564 dəfə oxunub

Müəllifin son yazıları

# # #