Bu gün böyük şairimiz Ramiz Rövşənin 67 yaşı tamam olur. Kulis.Az Ramiz Rövşəni ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır. Ad günü münasibəti ilə Ramiz Rövşənin illər öncə söylədiyi şeiri öz dilindən təqdim edirik.
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...