Bayramda üzümüz niyə gülmür?

Bayramda üzümüz niyə gülmür?
26 dekabr 2014
# 12:32

Köhnə ilin son 6 günüdür.

Şəhərin mərkəzi küçəsi Nizamidə yolkalar qurulub.

Supermarketlər, banklar, ticarət mərkəzləri, prospektlər bəzədilib.

İşıqlar quraşdırılıb.

Bütün bunlar çox gözəldir.

Lakin insanlarda bayram ovqatı çox azdı.

Heç kimin üzündə bayram nişanəsi yoxdu.

Biz nə zaman bu qədər küskün olduq.

Hamının üzündə bir əsəb, bir yorğunluq, bir kədər…

Yadıma uşaqlığım Yeni İlləri gəlir.

O zamanlar bu qədər bolluq yoxuydu.

Bu qədər pul yoxuydu.

Amma insanlar daha xoşbəxt idi.

Çünki insanlar aza qane ola bilirdilər.

Talonla ət alsalar belə özlərini gözəl hiss edirdilər.

Amma indi...

Hər tərəf bolluq.

Pulun yoxdu, sonra ödə, bank kartları nə günə durub?

Yoxundur, kredit götür.

Əvvəl iki cür araq vardı, indi iki yüz cür.

Əvvəl üç cür sosiska vardı, indi min cür.

Bu istehlak bolluğunda bircə fərəh satılmır.

Sevinc satılmır!

İnsanlar həyat şərtini daha da yaxşılaşdırdıqca, xoşbəxtlikdən uzaq düşdülər.

Xoşbəxtliyə çatmaq yolunda qurulan tora ilişdilər.

Maddiyyatın vasitə olduğunu unutdular, onu məqsədə çevirdilər.

Ondandır bu bayram günlərində üzümüzün gülməməyi...

# 1672 dəfə oxunub

Müəllifin son yazıları

# # #