15 il bundan əvvəl

15 il bundan əvvəl
31 iyul 2013
# 11:05

Litseydə ədəbiyyat müəllimimiz vardı: Soltan Hüseynoğlu. Bizə dərs kitabını da o yazmışdı.

Çox ehtirasla danışırdı. “Dəniz qırağı ilə qaçan alabaş”ı keçəndə ağlamağı yadımdadı.

O gün ədəbiyyatın çox ağrılı bir şey olduğunu anlamışdım.

1998-ci il idi.

Bir gün dərsimiz Bayron idi.

Müəllimimiz çox sakit, soyuq hətta həvəssiz danışırdı.

Axırda soruşdum ki, müəllim sizə nə olub.

Yavaşca dedi ki, bundan nə danışım e, oğraş olub da bu.

O gün mən Bayronun bacısıyla sevgili olduğunu bilmirdim.

Dünən Kulisdə Aytən Nəsibbəylinin yazısını oxuyanda o günləri xatırladım.

15 il bundan əvvəli.

O günlərdə 14 yaşım vardı və “15 il bundan əvvəl”lə başlayan bir xatirə danışa bilməzdim.

Dissident

Qismətin mənə bağışladığı İmre Kerteszin "Dedektiv hekayə" povestini bircə günə oxudum.

Müəllif bizim İsa Hüseynovdan 1 yaş balacadır, Sabir Əhmədlidən isə 1 yaş böyükdür, 1929-cu ildəndir.


Sosialist Macarıstanında bu əsəri yazan müəllif xırdaca bir biclik işlədib, Macarıstan yerinə xəyali bir Latın Amerikası ölkəsini yazıb.

Amma nələr yazıb?


Xüsusi xidmət orqanlarının murdarlıqlarını ifşa edib.


Oğul gizli təşkilatlara qoşulmaq istəyir.


Atası da bir adam tutur, oğlu o adamı gizli təşkilatın üzvü kimi tanıyır, müxtəlif zərfləri ona verir, o da oğluna, guya bu məxfi tapşırıqdır.

Oğlu özünü gizli təşkilatın üzvü kimi xoşbəxt hiss edir.

Axırda işin üstü açılır, həm ata, həm də oğul güllələnir.

Bu yazıçı İmre Kertesz 2002-ci ildə Nobel də alıb.

Yəni bu dünyada heç nə boşuna deyil.

Biz isə "Yaxşı padşahın nağılı"na inanırıq...

# 3815 dəfə oxunub

Müəllifin son yazıları

# # #