İçi puçların boşboğazlığı

İçi puçların boşboğazlığı
30 sentyabr 2012
# 15:36
Məni ən çox iyrəndirən xəyaldan məhrum insanlardır. Eliotun ifadəsi ilə “içi boş insanlar”.

Beyinləri hər cür xəyala, arzuya, hər cür dəyişikliyə qapalıdır, bunu gizlətmək üçün onlar beyinlərinə duyğusuz pərdələr asarlar.

Boşboğazlıqla öz fikirlərini başqalarına qəbul etdirməyə çalışarlar.
İstər homoseksual olsun, istərsə də lezbiyen, ya feminist, ya heteroseksual, ya da faşist donuzu olsun, lap istəyirsə kommunist olsun, ürəyi istəyirsə krişnaçı olsun...

Heç fərqi yoxdur.

Əlində hansı bayraq olursa olsun, önəmli deyil.

Bunlar mənim dözə bilmədiyim içi puç adamlardı.

Bu cür adamlar qarşıma çıxdıqda səbrimi daşırır, onlarla danışıram, mübahisə edirəm.

Əslində bunu etməməliyəm, bilirəm.

Xanımın uşaqlıq sevgilisini öldürənlər də məhz belələridir.

Özündən fərqli düşünənlərlə bir zərrə qədər də hörməti olmayan, ürəkləri sevgidən məhrum, dargörüşlü adamlar...

Axmaq tezislər, hər cür gəvəzəlik, ibarəbazlıq, tör-töküntü ideologiyalar, qəlibləşmiş sistemlər...

Məni ən çox belə şeylər qorxudur.

Qorxudan ödüm partlayır.

Yalan nədir, düz nədir?

Bu əlbəttə ki, önəmlidir.

Amma bu adamların guya böyük bir işi həll etmək uğrunda yol verdiyi səhvləri bir daha düzəltmək olmur.

Səhvini başa düşmək cəsarətin varsa geri qayıda bilərsən.

Amma hər cür qarşılıqlı hörmətdən məhrum boşboğazın həyatının parazit qurdlardan nə fərqi var?

Onların xilası yoxdur.

Kaş belələri ilə qarşılaşdıqda gülümsəyib susa bilsəydim...


***

Yuxarıdakı hissəni mən yazmışam, amma müəllifi mən deyiləm.

Murakaminin “Sahildə Kafka” romanından tərcümədir.

Bu hissəni tərcümə etməklə heç kimə mesaj vermirəm.

Amma kiçik bir xahişim var.

Bu mətni oxuduqdan sonra bir dəqiqə düşünün.

Sonra öz işinizlə məşğul olun...
# 2659 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #