Utancaq qız

Utancaq  qız
1 sentyabr 2011
# 11:31
O gün axşam dostlarla “28 May”da görüşüb pivə içəcəkdim.

Məndən çıxmayan iş: görüşə bir az tez getdim.

Flaşımda Bertran Rasselin esseleri vardı.

Çap etdirmək üçün flaşa atmışdım.

Dedim ki, bu boş vaxtı esseləri çap etməyə sərf edim.

“Çudo Peçka”nın yanında pilləkənlərlə aşağı düşdüm.

Burda bir qız çalışır, flaşı ona verdim.

Qız kitabı çapa verdi.

Bu arada söhbət etdik.

Divara asılan çərçivələrdəki adamların kimliyini soruşdum.

“Bu Aşka Sürgündə oynayan qızdır, bu şəkildəki də müğənni Ayandır, tanımırsınız onu?”

Tanımırdım gerçəkdən.

Və başqa önəmsiz şeylərdən danışdıq.

Bir müddət sonra qız mənə baxıb utana-utana dedi:

“Olar, mən tərəf baxmayasınız?”

Təəccübləndim, sonra əlindəki güzgünü fərq etdim.

Bəzənmək istəyir, amma mənim yanımda bunu edə bilmir, sıxılır.

Çöldə siqaret-çəkə çəkə hələ heç nəyin ölmədiyini, axıdılan bunca çirkaba, internetdə minlərlə dəfə tıklanan o murdar videolara, televiziyaları dolduran o əxlaq əlillərinə baxmayaraq hələ də bu ölkədə anaların, nənələrin başqasının yanında bəzənməmək adətinə əməl edənlərin var olduğu haqda düşündüm.

Və o qızın güzgüsü çıxmır ağlımdan.

18-19 yaşlı bir qız idi....

26 fevral 2011
Abzas.net
# 2617 dəfə oxunub

Müəllifin son yazıları

# # #