Məmməd Əmin riyakarlığı

Məmməd Əmin riyakarlığı
29 iyul 2011
# 11:47
Oxumamış danışmaq milli bir idmana çevrilib.

Bizim insanların savadı adətən qulaqdandolma biliklərə əsaslanır.

Hətta qulaqdandolma biliklərlə kitab da yazanlar var.

Misal üçün biri deyir: “Mircəfər Səməd Vurğunu çağırıb dedi ki, filan poemanı yaz”.

Mənbə?

Yoxdur. Hardansa eşidib.

Bu, sadəcə olaraq biabırçılıqdır.

Keçən dəfə bir nəfər Facebook-da mənə yazdı ki, Süleyman Rəhimov, Səməd Vurğun, Nəriman Nərimanov kimi kommunistlərə nifrət edirəm.

Amma Süleyman Rəhimovla Nəriman Nərimanov arasında min fərq var.

O hara, bu hara.

Bir dindar mənə deyirdi ki, Nazim Hikmət şeirlərini rusca yazıb.

Oxumadan, araşdırmadan, şifahi söhbətlər əsasında danışmaq sadəcə, gülüncdür.

Sözü hara gətirirəm.

Facebook-da qısa bir müşahidə etsəniz Məmməd Əminin orda çox populyar olduğunu görərsiniz.

Qrupunu bir neçə min adam bəyənib.

Və bir neçə qrupu var.

Ad günündə, ölüm günündə, Respublika Günündə onun fotoları profilləri bəzəyir.

Sevgi fontan vurur, duyğu şahə qalxır, pafoslu sözlərin qiyməti
Facebook birjasında yarım qəpiyə qədər düşür.

Amma bu ölkədə Məmməd Əminin “Stalinlə ixtilal xatirələri”
adlı çox dəyərli bir əsəri cəmi 300 ədəd satılır.

Məmməd Əminin çox qısa, amma böyük ideoloji əhəmiyyət daşıyan “Əsrimizin Səyavuşu” əsəri oxunmur.

Əzbərlərdə “Gəncliyə xitabədə”n bir cümlə də yoxdur.

Bir kitaba 3 manat pul verməyə can çəkənlər Bakcell-in pulsuz

Facebook-unda Məmməd Əmin haqda pafos və patetika dolu statuslara qızırqanmır.

Bunun adı sevgi ola bilməz…
# 2524 dəfə oxunub

Müəllifin son yazıları

# # #