Heydər Əliyev Türkan Şoraya 100 min dollar tapacaqdı…

Heydər Əliyev Türkan Şoraya 100 min dollar tapacaqdı…
13 sentyabr 2013
# 11:54

Türkan Şoray Azərbaycanda filmə çəkiləcəkmiş.

Kinostudiyanın direktoru, yazıçı Cəmil Əlibəyov deyir ki, Daşkənd film festivalında məşhur aktrisa Bakıya dəvət edilib. Aktrisa dəvəti qəbul edərək Bakıya əri ilə gəlib.

Lakin büdcə azlığına görə bu iş baş tutmayıb.

Cəmil müəllim deyir ki, o zaman Türkan Şoray bir filmə 100 min dollara çəkilirdi.

(Düzü bu fakt mənə bir az şişirdilmiş gəldi, internetdə yoxlayanda məlum oldu ki, Türkan Şoray 2012-ci ildə 2 milyon manatdan artıq pul qazanıb, 300 min manat da vergi verib)

Lakin kinostudiyanın qonorar fondu az idi.

Ən yüksək qonorarı da xalq artistləri alırmış, onlar da günə 100 manat.

Çəkiliş yüz gün çəkirdisə bu 10 min manat edirdi.

Üstəlik direktor Türkiyə aktrisasını filmə çəkməkdən də ehtiyat edirmiş.

Heydər Əliyev Türkan Şorayın filmə çəkilməməyinin səbəbini soruşanda Cəmil Əlibəyov vəsait azlığından gileylənib.

Birinci katib “Gərək mənə deyəydiniz” deyib və Cəmil Əlibəyovdan narazılığını bildirib.

Türkan Şorayın əslən naxçıvanlı olduğunu deyən Cəmil Əlibəyov ona Naxçıvan haqda çəkilmiş “Qədim diyarın gəncliyi” filminin bağışlandığını da qeyd edir.

Türkan Şoray bu filmi evinə gələn qonaqlarına göstərirmiş.

P.S. Amma sonralar-1978-ci ildə Türkan Şoray Əjdər İbrahimovun "Məhəbbətim mənim, kədərim mənim" filminə çəkildi. Film Türkiyə və SSRİ-nin (Tuğrafilm və Mosfilm) birgə istehsalıdır. Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesinin motivləri əsasında çəkilən filmdə baş rolu Türkan Şoray oynayır.

P.S. Məqalədəki faktlar Aydın Kazımzadənin “Heydər Əliyev və kinematoqraf” kitabından götürülüb.

# 5997 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #