Qan Turalının neftçilərə həsr etdiyi ŞEİR

Qan Turalının neftçilərə həsr etdiyi ŞEİR
7 dekabr 2015
# 10:43

Kulis Qan Turalının dənizdə həlak olan neftçilərə həsr etdiyi şeiri təqdim edir

Ataları Dənizdi

anaları Günəş

neftçiydilər

Hər sabah

analarıyla oyanar

atalarının köksündən neft çıxarırdılar

Təkcə nefti yox

balıqları

yosunları

küləkləri də

qoxusundan tanıyardılar

burunlarına torpaq iyi dəyəndə

gözləri yaşarardı

O gün

ürəyinin başından qopan alovu

susdura bilmədi Dəniz

Cəhənnəmin ortasındaydılar

Dəniz gurlayırdı

alov püskürürdü

Günəş ana uzaqda -

yuxusu dərin ana

Azmış uşaq kimiydilər

çarəsiz, yazıq

bir az da ümidli

“Ana, bizi niyə tərk etdin?” - deyirdilər

sərxoş kimi yırğalanan Dəniz atanın qucağında

Səhər-səhər

doğan Günəş ana belə

oyada bilmədi

Dəniz atanın qucağında

beşik kimi yırğalanan körpələri

# 1533 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #