Sən öpsən, hə, öpməsən… - Yeni imza

Sən öpsən, hə, öpməsən… - Yeni imza
5 dekabr 2021
# 19:00

Kulis.az “Yeni imza” layihəsindən Bəsti Məmmədin şeirlərini təqdim edir.

Tanrının cəza üsulu

yox oldum birdən, hamıdan getdim
hamının danışdığı yerdə tək qalmaq istəyirəm

tanrı üzümə xatirələri çırpıb
dünyanın küncünü göstərirdi -
cəzamın böyüklüyünə də baxın...

rahatlığımın narahat tərəfi var:
bilməklə, görmək ayrı şeydi
səndən bircə istəyim var:
bir gün gəlib şəkillərdən boylanma hisslərimə tərəf...

Anama uzaqdan oxuduğum sözlər

Yaralar sağalırmı? – bilərsən, ana
Sən öpsən, hə, öpməsən, bilmirəm
Ana əlləri imiş dünyanı qurtaran –
toxunsan yaxşı olaram, toxunmasan, bilmirəm...

Qoy əlini üstümə, onsuz da ən güclü məlhəm də
göynətmədən sağaltmır...


***

Bu qoca şəhəri ayağın altda
Əzib tapdalayıb çıxıb gedəsən.
Toplayıb hər yerdən xatirələri,
Hamıya bir baxış atıb gedəsən
Gedəsən nə izin, nə tozun qala
Küçələr darıxa, quşlar darıxa
Elə gedəsən ki, bu yer üzündən
Ağlı səndə qalan başlar darıxa,
Darıxa kəndinin payız yağışı
Darıxa ən zalım arzular kimi...

Unudulmuş tərəfimə....

Beynimdən asılıbdı sənli xatirələrim,
Daş divara vurulmuş al-əlvan şəkil kimi.
İndi elə getmisən intihar zamanında,
Ayaq altdan çəkilən çürümüş kətil kimi...
Əlçatmaza çevrildin, bir göz qırpımındaca
Gedib görən hardasa kimə belə göründün?
Sən demişdin mən sənin ölümsüzünəm axı.
Niyə belə tez getdin, necə oldu tez öldün?
Qaldı bir tənha otaq, bir Tanrı, bir xəyalın.
Xəyalına tapındım, qısqanclıq etdi Tanrı.
Ey mənim müqəddəsim, inanc yerimə döndün.
İnancıma baş əyib göylərə getdi Tanrı.


# 3642 dəfə oxunub

Oxşar xəbərlər

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

17:45 2 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

11:30 29 sentyabr 2026
"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

13:00 27 sentyabr 2026
“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

15:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər