Bankın müdiri qabağımda gah dovşana, gah pişiyə çevrilirdi

Bankın müdiri qabağımda gah dovşana, gah pişiyə çevrilirdi
27 oktyabr 2023
# 21:00

Kulis.az Günel Novruzun "Üçüncü məktub"unu təqdim edir.

Əvvəli burada:

Birinci məktub

İkinci məktub

****

...Günlər keçdikcə hiss edirdim ki, mən onsuz qala bilmirəm.

Əvvəl-əvvəl, sadəcə, mesajlarını gözləyirdim, sonra özünü görmək, əlindən tutmaq, nəfəsini duymaq ehtiyacım yarandı.

Bəzən səhər saat ondan axşam saat ikiyə, üçə kimi yazışırdıq. Əlbəttə, işdə olduğumu, müştərilərin problemlərini həll etməli olduğumu unudurdum.

Günlər keçdikcə kreslo kaktusa çevrilirdi; kobud səhvlərə yol verirdim. Gah müştərilərin adlarını səhv yazırdım, gah ünvanları qarışdırırdım.

Müştəriylə danışdığım vaxt “dınq” - mesaj gəlirdi. Bir mesaj bəs idi ki, fikirlərim dumanlansın, özümdən çıxım.


Natiq Qaradağdakı ofisdən şəklimi istəyirdi, mənim Həsən Əliyev küçəsində mədəmin altı qıdıqlanırdı.

Xoşhallanırdım, əllərimin içi tərləyirdi.

Bir az da arxayın idim.

Arxayın idim ki, Bəhruz bəy məni işdən çıxaran deyil.

Düzdür, hərdən onu tanıya bilmirdim, hozuya çevrilirdi, hamını təftiş edirdi, ancaq ümumilikdə çox mədəni, mülayim adam idi.

Üstəlik, bizim birgə xatirələrimiz olub. Demirəm, bir-birimizi sevmişik. Eləcə “ofis münasibəti”.

“Hotelə getməmişik, hansısa rayona birgə səfər etməmişik, heç hardasa bir fincan qəhvə, iki stəkan çay da içməmişik.

Hərdən mesaj yazırdı, məni otağına dəvət edirdi. Hərdən işim düşəndə də özüm gedirdim.

Kabinetinin iç-içə qapılarının birincisi çölə, ikincisi içəri açılırdı.

Olub ki, o iki qapının arasında fikrimi dəyişmişəm, qayıtmaq istəmişəm, ancaq hər dəfə içimdəki şeytani hisslər qalib gəlib.

Düzü, mənim xoşuma gəlirdi bu münasibət.

O boyda bankın müdiri, o əzəmətli, zəhmli adam mənim qabağımda saçlarımı oxşaya-oxşaya gah dovşana, gah da pişiyə çevrilirdi.

Həzz alırdım.

Məni öpə-öpə deyirdi ki, bu bank, bankdakı pullar sənin saçlarına qurban olsun.

Mən də hər dəfə daha açıq-saçıq geyinirdim, onun sevdiyi vanil qoxulu ətirlərdən istifadə edirdim.

Yox, mən fahişə deyiləm, sadəcə, maaş xərclərimə yetmirdi. “Ofis aşkım” mənə hər otağına gedəndə üçqat maaşımı verirdi. İki dəfə bahalı ətir, bir dəfə də telefon almışdı.

O heç vaxt sərhədi keçmirdi. Bilirdi ki, mən qız uşağıyam və çərçivədən çıxmaq olmaz.

Mən də bilirdim ki, o evlidir, özü də onun həyat yoldaşı məndən də gözəl, boylu-buxunlu idi.

Mənimlə oynaşmağının səbəbini özündən soruşmağa çəkinirdim. Fikirləşirdim, soruşaram, acığına gələr, mənimlə münasibəti kəsər.

Əslində, işdə də hamı bilirdi ki, bizim münasibətimiz var. Mümkün deyildi ki, bilməsinlər.

Bəzən saatlarla sevişirdik.

Sevişirdik deyəndə ki, yəni oynaşırdıq, çərçivə daxilində.

Hər halda bu, onun xoşuna gəlirdi, elə mənim də.

Həm də o məni böyüdürdü, bilmədiklərimi öyrədirdi.

Zaman keçdikcə daha yaxşı performans göstərirdim.

Natiqlə tanış olandan sonra iki dəfə dəvət elədi məni.

Bəlkə də, ona həqiqəti deməli idim, amma niyəsə ona həqiqəti demədim.

Demədim ki, sevdiyim var. Bir dəfə yazdım, xəstəyəm, bir dəfə də dedim ki, anamla dalaşmışam, çox əsəbiyəm.
O gün Natiq məni hotelə dəvət etdi.

Düzü, onun dəvəti məni həyəcanlandırdı, yenə əl-ayağım titrədi, ancaq fikirləşdim ki, kaş özü gələrdi dalımca. Bu cür dəvəti məni bir az çaşdırdı, ancaq yenə də həyəcanımı, içimdəkı şeytanı dindirə bilmədi.

Ardı var...

# 12491 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #