Seks belə olmalıdır

Seks belə olmalıdır
7 iyun 2013
# 10:10

“Başıma gələnlər” proyekti

Elektron KİV-lərdə erotik başlıqlı materiallara oxucu marağının şiddəti sübut edir ki, ölkədə “yanıqizm” sindromu hələ də diridi. Müəyyən oxucuların cırnayacağına baxmayaraq, bu yazı, dediyim fikri təsdiq edəcək. Bir çox dəyərli yazıların oxucu naşılığı ucbatından laqeyd qarşılandığını sübut etmək üçün belə bir metoda əl atdım: bu yazının, başlığı istisna olmaqla, erotikaya heç bir dəxli yoxdu. Lakin saytlarda yalnız erotik mövzular axtaran oxucuların axıra qədər oxuyacaqları təqdirdə, bu cəfakeşliklərinə görə, sonda onları seks haqda maraqlı bir fikir gözləyir.

Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın yeni nəşri çapa hazırlanmışdır. Siyahıya 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilmişdir.

İlk dəfə olaraq funksional markerlərdən istifadə etməklə Azərbaycanda bitki genotiplərinin quraqlıq stresinə davamlığının skrininqi aparılmışdır. Müəyyən olunmuşdur ki, quraqlığa davamlığı cis-tənzimləyən (pozitiv) Dreb 1 transkripsiya faktorunun (drought resistance element binding - quraqlığa qarşı davamlılıq elementlərini birləşdirən) genləri dənli bitkilərin 11 genotipində yalnız A genomun 3-cü xromosomunda (3A) aşkar olunduğu halda, Bərəkətli-95 genotipində isə həm A (3A), həm də B (3B) genomlarında yerləşir.

Azərbaycanın müxtəlif bölgələrindən götürülmüş paxlalı bitkilərdən lobya (Vicea faba L.), noxud (Cicer arietium L.) və mərcidə (Lentil L.) müxtəlif molekulyar və seroloji metodların köməyi ilə Nanoviridae fəsiləsinin Nanovirus cinsinə aid 3 müxtəlif nanovirus - 2 müxtəlif Faba bean necrotic yellow virus və Faba bean necrotic stunt virus aşkar edilmiş və onların tam molekulyar identifikasiyası aparılmışdır.

Xəzər dənizi alqoflorasında “Amicula” nadir cinsi (Amicula specululum A. Witkowski növü) və Nitzscha aurariae Cholnoky növü aşkar edilmişdir.

Azərbaycan florasında yayılmış faydalı bitki növlərinin müxtəlif orqanlarından bioloji fəal maddələr alınmış, onların kəmiyyət və keyfiyyət tərkibləri, biosintezi və bitki həyatında rolu tədqiq edilmiş, bioloji fəal tibbi preparatlar və yeyinti əlavələrinin alınması texnologiyaları hazırlanmışdır.

İnstitut əməkdaşları NATO, İUCN, CEPF, INTAS, INCO COPERNICUS, STCU, Volkswagen Stifftung və s. qrantlarına layiq görülmüş bir sıra beynəlxalq müştərək layihələrdə iştirak etmişlər:

"Azərbaycan florasından ağır metalların hiperakkumulyatoru olan bitki növlərinin müəyyənləşdirilməsi və səciyyələndirilməsi";

"Ətraf mühitin mühafizəsi: Azərbaycanın bəzi ağac növlərinin göbələk xəstəliklərinin monitorinqi və tədqiqi";

"Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsi üçün bitkilərin Qırmızı Siyahısının qiymətləndirilməsinin koordinasiyası və işlənib hazırlanması";

"Qafqazda potensial təhlükə altında olan Pyrus növlərinin tədqiqi və qiymətləndirilmə statusu";

"Qafqazın Qorunan Ərazilərində bitki saxlanması – Mühüm Bitki Ərazilərinin müəyyənləşdirilməsi";

"Azərbaycanda şam ağaclarını məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar tədqiqi";

"Abşeronun sənaye tullantıları ilə çirklənmiş torpaqlarının bioremediasiyası metodlarının işlənib hazırlanması";

"Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması".

Elmin İnkişaf Fondunun 1-ci qrant müsabiqəsindən uğurla keçmiş layihələr:

Zülalların Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi;

Azərbaycan “GenBank”ında toplanmış bitki genotiplərinin quraqlığa davamlığının molekulyar markerlərlə skrininqi və tolerant genotiplərdə

fizioloji, biokimyəvi və biofiziki parametrlərin tədqiqi; İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi;

Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə ola bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi və s.

Flora və faunamızın dərindən öyrənilməsində tətbiq edilən bu metod və təcrübələr onu deməyə əsas verir ki, Azərbaycanda biotekniki elmlərin gələcəyi etibarlı əllərdədir.

P.S. Yazının əvvəlində vəd etdiyimiz fikir isə budur: Əxlaqsızlıq-seks olmayanda başlayır!

# 5322 dəfə oxunub

Müəllifin son yazıları

# # #