“Qribayedov 40 min ermənini Qarabağda yerləşdirib”. Kulis.Azın məlumatına görə məşhur rejissor Nikita Mixalkov bu sözləri TASS-a açıqlamasında bildirib. Rus rejissor XIX ədəbiyyatçısı və siyasi xadimi Aleksandr Qriboyedov haqqında çox seriyalı bədii televiziya filmi çəkir.
Filmin ssenarisinin hələ 1985-ci ildə yazıldığını deyən rejissor Qriboyedovun həyatı və ölümü haqqında olan filmdə inanılmaz tarixi faktlara yer ayrıldığını bildirib: “Biz sübut etmişik ki, Qriboyedovun ölümü müsəlman əməli deyil. Bu qətli ingilislər planlaşdırıb. Çünki o, İpək yolunun salınmasında ingilislərə maneçilik edirdi”.
Onun sözlərinə görə o illərdə Dağlıq Qarabağda müharibə getdiyi üçün çəkilişləri həyata keçirə bilməyiblər: “Qriboyedov Qarabağa erməni ailələrini yerləşdirib. 40 min erməni İrandan köçürülərək Qarabağda məskunlaşdırılıb”.
Mixalkov hələlik 12-15 seriyadan ibarət olacağı ehtimal olunan serial əsasında gələcəkdə film hazırlana biləcəyini də istisna etməyib.