Kənan Hacının müalicəsi evdə davam etdiriləcək

Kənan Hacının müalicəsi evdə davam etdiriləcək
27 avqust 2015
# 13:23

Kənan Hacı dünən xəstəxanadan evə buraxılıb. Bu barədə Kulisə yazıçı özü məlumat verib.

Vəziyyətinin hazırda normal olan Kənan Hacı bundan sonra müalicəni evdə davam etdirəcək: “Həkimlər dedilər ki, bir neçə güclü dərmanların qəbulu üçün immunitetim güclənməlidir. Yoxsa o dərmanların fəsadları ola bilər. Ona görə qərara aldılar ki, immunitetin gücləndirilməsi üçün müalicə evdə davam etdirilə bilər.”

Xatırladaq ki, Hepatit C xəstəsi olan yazıçı bir müddət əvvəl 1 saylı Klinik Xəstəxanaya yerləşdirilmişdi.

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

# # #