Markesin şəkli pulun üzərinə həkk edildi

Markesin şəkli pulun üzərinə həkk edildi
24 avqust 2016
# 10:40

"Nobel" mükafatı laureatı Qabriel Qarsia Markesin fotosu Kolumbiyada 50 min peso (təxminən 29 AZN) əskinasların üzərinə həkk edilib. Kulis.azın buro247.az saytına istinadən verdiyi məlumata görə bənövşəyi rəngli əskinasın bir üzündə Markesin portreti və onun kəpənəklərlə əhatə olunan silueti (“Yüz ilin tənhalığı” romanından bir səhnə), digər üzündə isə Kolumbiyanın Syerra-Nevada-de-Santa-Marta regionunun yerli sakinləri əks olunub.

İki Aravaki hindusu dünyanın ən qədim şəhərlərindən biri olan Syudad-Perdidin fonunda dayanıb. Qeyd edək ki, bu "itirilmiş şəhər" indi xarabalıqlardan ibarətdir və ölkənin ən görməli yerlərindən biridir.

"Əskinas Kolumbiyanı bütün dünyaya tanıdan insanın xatirəsinə həsr olunub. Eləcə də, bu əskinas insanların kağız pullara inamını dəstəkləməlidir. Onun saxta variantını çıxarmaq çox çətindir", - deyə Kolumbiyanın Mərkəzi bankının rəhbəri Xose Dario Uribe bildirib.

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

# # #