Əziz Nesinin oğlu işindən istefa verdi

Əziz Nesinin oğlu işindən istefa verdi
4 iyul 2020
# 12:30

Əziz Nesinin oğlu Ali Nesin "Nesin Fondu"nun rəhbərliyi vəzifəsindən istehfa verdiyini açıqlayıb.


Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, atası Əziz Nesin vəfatından 25 il sonra fondu idarə edən Ali Nesin istefasının səbəbini belə izah edib: “Bu gün 3 iyul 2020-ci ildir. Atam 25 il əvvəl 4 iyul 1995-ci ildə vəfat etdi. O gündən bu fondun rəhbəri olmuşam. Lakin, mənə belə gəlir ki, heç kim uzun müddət eyni vəziyyətdə qalmamalıdır. "Nesin Fondu"nu fondun əsas və nəcib sahibləri olan uşaqlara və məzunlara verirəm. Mən olmadığım zaman fondun necə idarə olunmasını görmək istəyirəm. Mənsizliyə mən olduğum zaman öyrəşmək lazımdır”.

Bundan başqa Nesin, fondu idarə edərkən ona dəstək olan dostlarına və tərəfdarlarına təşəkkür edərək deyib: “Fondun xeyrinə bir çox qanuni və qanunsuz hərəkətlər etdim. Mənə qarşı xeyli məhkəmə iddiası qaldırıldı. Bəxtim gətirdi ki, hamısından xilas oldum. Sağdan və soldan bir çox hücumlara məruz qaldım. Lakin, hər zaman şanslı oldum. Fond idarəçiliyində uğur qazandığımı düşünürəm. "Nesin Fondu" xüsusilə Türkiyə kimi bir ölkədə hər baxımdan bir müvəffəqiyyət hekayəsidir... Bu günə qədər mənə dəstək olan bütün həmkarlarıma və tərəfdaşlarımıza təşəkkür edirəm, qarşılarında diz çökürəm.”

# 3643 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

17:32 6 aprel 2026
Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər