Ziyalıların ziyanlı mövqeyi – Səddam Laçın yazır...

Ziyalıların ziyanlı mövqeyi – Səddam Laçın yazır...
13 yanvar 2022
# 10:07

Kulis.az Səddam Laçının “Kino-Kitab” yazısını təqdim edir.

“Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir”.

Baltazar Qrasian

Son günlər apardığım müşahidələr orta əsrlərdə yaşamış ispan yazıçısının nə qədər haqlı olduğunu bir daha sübuta yetirir. Lakin burada əsas məqam ondan ibarətdir ki , artıq cəmiyyətin zövqlü və dərrakəli hesab edilən qismi də bu tendensiyaya ayaq uydurub . Məhdud dairələr tərəfindən sənətkar, ustad hesab edilən şəxslər də şəxsi münasibətlərə və ya şəxsin münasibətlərinə əsaslanaraq zövq və dərakə məhdudluğunu büruzə vermək bahasına həddindən artıq təriflər edir, heyranlıqlarını gizlətmirlər. Bütün sektorlarda kapitalın əhəmiyyətini dərk edən bu adamlar kommersiya məqsədi olan hər şeydə elə komersiya əsaslı fikrlər səsləndirir, zövqünü kapitala çevirmək əvəzinə qurban verir. Axı dilimizdə “ kor kor , gör gör “ deyə bir ifadə var . Təriflədiyiniz filmlər, musiqilər, romanlar göz qabağındadır. Yoxsa sizə dinlədikdən sonrası maraqlı deyil? Bilet alındı, filmə baxıldı, vəssalam, bəyənməsən də olar, əsas odur ki, bilet satılsın. Maya çıxsın. Əsas odur kitab satılsın, nəşriyyatın pulu çıxsın.

Şəxsən mən kino sahəsində ciddi fikir söyləcək potensialda deyiləm. Lakin yaxşı izləyici olduğuma da şübhə etmirəm. Sözüm onda yox. Mən və mənim kimi adamların hər hansı bir filmin təsirinə düşərək onu tərifləməsi normal haldı. Çünki ölkədə kino sektoru elə bir vəziyyətdədir ki, bahalı kameralarla çəkilən hər film möhtəşəm hesab edilir. Bunu youtube-də paylaşılan treylerlərə verilən reaksiyalardan da görmək olar. Bu adamlar filmi izləmədən, iki -üç dəqiqəlik materiala əsaslanaraq hər şeyin möhtəşəm olduğunu, filmin Azərbaycanda çəkilən və izlədiyi ən gözəl film olduğunu rahatlıqla söyləyə bilərlər. Onlardan nə desən gözləmək olar. Amma və lakin... Siz özünüzü heç vaxt onlarla bir saymıyanlardansınız axı. Necə olur ki, siz xronometraj doldurmaq üçün çəkilən boş səhnələrə, yumor anlayışı cinsiyyət orqanı ilə məhdudlaşan adamları güldürmək üçün edilən şit zarafatlara tərif yağdıra bilirsiniz? Siz ki, az qala hər çıxışınızda şeyximizin varlığından xəbərdar olmadığı şeydən danışırsınız. Yoxsa?

Hələm bu harasıdır. Bu yaxınlarda bir kitab təqdimatında idim. Ədəbi mühit adlandırdığımız camiadan bir xeyli adam da var idi. Düzdür, əksəriyyətini tanımırdım, amma bu onların yox mənim problemim idi . Çünki tam olaraq özümü şair, yazıçı hiss etmədiyimdən hər zaman maksimum uzaq olmuşam. Sadəcə gənc ədəbiyyatçılarla yoldaşlıq edir, arabir görüşüb yeyib-içirəm. Əlqərəz, əksəriyyətini tanımadığım məclisin söz alan əksər qonaqları çıxışlarının müəyyən bir bölümünə çatdıqda, gün üzünə yeni çıxmış kitab haqqında təriflər yağdırmağa başladı. Yanımda oturan bir xanım isə gülümsəyərək, “adamlar rəsmən oxumadığı kitabı tərifləyir” dedi, gülüşdük. Gülməli olmadığını bilirəm, amma siz də mənlə razılaşarsınız ki, gülünc görsənir. Necə və hansı əsasla oxumadığın bir kitab haqqında bu qədər xoş fikrdə ola bilərsən? Müəllifin bundan əvvəlki kitablarına əsaslanaraq? Varmı elə müəllif ki, sadəcə kitabın üzərində adı var deyə artıq o əsərin möhtəşəm olduğunu, milyonların sevimlisinə çevriləcəyini, tarixə düşəcəyini iddia edəsən? Arzu yox a, iddia edəsən. Arzu etmək tamam başqa . Bu cümlələr arzu şəklində ifadə edilsə , mən də ona qoşular, həqiqətən də ədəbiyyatımızın, ədəbiyyatçılarımızın günlərin bir günü arzuolunan səviyyədə olmasını ürəkdən arzu edərdim. Amma burada iddia var idi. Oxunmayan kitabın möhtəşəm olduğu deyilirdi. Bu günə qədər dərc olunmuş ən gözəl əsər hesab edilirdi. Nəysə, uzun sözün qısası, belə şeylər gördükcə, ziyalı mövqeyi deyilən anlayışın artıq ziyanlı mövqey olduğunu düşünürəm. Söz oyunu oynadığımı, ona görə belə fikirlər səsləndirdiyimi düşünə bilərsiniz. Nə istəsəniz düşünə bilərsiniz. Bu yaxınlarda bir qrup ziyalıya verilən ərzaq yardımını yadınıza salıb, fikrimi yazımın əvvəlində sitat gətirdiyim müəllifin sözləri ilə də yekunlaşdıracam. Mənə elə gəlir ki, bu cümlə məsələnin mahiyyətinə aydınlıq gətirəcək:

Hər bir adamın dilini tapmaq lazımdır. İnsanları idarə etmək məharəti bundadır. Hər bir adımın fərdi ehtirasları var, bunlar fərqlidir, çünki təbii meyllər müxtəlifdir. Bütün insanlar ideala qulluq edirlər. Bəzilərinin idealı tərif, digərlərinin qazanc, əksəriyyətinin isə zövqdür. Əsas məsələ kimin idealının nə olduğunu təyin etməkdir. Sonra onun ehtiraslarının açarını tapmaq lazımdır ”.

# 2838 dəfə oxunub

Oxşar xəbərlər

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?

18:48 2 iyun 2025
Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

Sevdiyinə həsrət qalıb xəstəxanada ürəyi partlayan rejissorumuz

18:20 2 iyun 2025
Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

Başqa bir ailədə doğulsaydım... - Həyatımın dəyişdiyi an

17:35 2 iyun 2025
Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

Abşeron Milli Parkında “Duyğular və təbiət” adlı rəsm sərgisi keçirilir

17:00 2 iyun 2025
Hökumə Əliyeva haqqında yeni film çəkilib

Hökumə Əliyeva haqqında yeni film çəkilib

15:46 2 iyun 2025
“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

15:25 2 iyun 2025
# # #