“Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisi açıldı

“Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisi açıldı
25 noyabr 2023
# 13:55

Noyabrın 24-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Zəfər Gününə həsr edilmiş “Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisinin açılışı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Azərbaycan gənclərinin Vətənə olan sevgilərini öz əsərləri ilə sübut etmələrinin sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, ictimai birliyin əsas məqsədi yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından tanıtmaqdır.

Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini yüksək qiymətləndirib, sərgi çərçivəsində peşəkar və həvəskar rəssamlar bir araya gəlməsinin təqdirəlayiq olduğunu deyib: “Ulu öndər hər zaman rəssamlara xüsusi diqqət və qayğı göstərirdi. Onun özünün çəkdiyi rəsmlər hazırda Naxçıvanda dahi şəxsiyyətin adını daşıyan muzeydə qorunur. Bu gün təqdim olunan əsərlər həm də gələcək nəsillər üçün bir tarix, örnək və sənət səhifəsidir”.

Sonra Xalq rəssamı Arif Hüseynovun Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə ictimai birliyin sənətkara təbrik məktubu oxunub.

Arif Hüseynov sərgidə iştirak edən hər bir müəllifin mövzuya fərqli yanaşmasından söz açıb. Bildirib ki, bu yanaşmaların fərqliliyi həm də rəssamlıq məktəbimizin zənginliyinin göstəricisidir.

Daha sonra bu ilin oktyabr ayında elan edilmiş rəsm müsabiqəsinin qalibi olan 13 müəllifə peşəkar, həvəskar, əbədi qardaşlıq, fərqlənmə kateqoriyaları üzrə diplom və mükafatlar təqdim olunub.

Sonda qonaqlar sərgi ilə tanış olublar. Noyabrın 25-dək davam edən sərgidə müəlliflərin ümumilikdə 70-ə yaxın əsəri yer alıb.


# 2415 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər