Yusif Eyvazov: "Biz gərək teatrı elə bərpa edək ki..."

Yusif Eyvazov:  "Biz gərək teatrı elə bərpa edək ki..."
19 sentyabr 2023
# 11:20

Azərbaycan Dövlət Opera və Balet Teatrında təmir işləri davam etdirilir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında teatrın direktoru, Xalq artisti Yusif Eyvazov deyib.

O bildirib ki, Opera və Balet Teatrının səhnəsi köhnəlib:

"Bu gün müasir tamaşaları vermək üçün səhnə yenidən təmir olunmalıdır. Hazırda təmir işləri ilə bağlı aktiv işlər görülür, xaricdən mütəxəssislər dəvət olunub. Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin. Biz çalışırıq ki, qısa müddətdə təmir işlərini yekunlaşdıraq, amma təmir işləri yəqin ki, bir ildən çox davam edəcək. Biz gərək teatrı elə bərpa edək ki, bundan sonra yüz il də yaşasın".

Direktor təmir işlərinə baxmayaraq, teatrın fəaliyyətini davam etdirdiyini vurğulayıb.

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər