"Yıxılıb-duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir..." - Mətanət Vahid

"Yıxılıb-duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir..." - Mətanət Vahid
29 avqust 2025
# 16:50

Kulis.az Mətanət Vahidin sosial şəbəkədə gənclərlə bağlı paylaşdığı fikirləri təqdim edir.

Yetkin adamların gənclərlə mübarizə aparması çox gülünc görünür. Hamımız gənc olmuşuq, səhvlər edə-edə böyümüşük. Hələ onu da bilmək olmaz, böyümüşükmü?

Gəncləri tərifləməyə xəsislik etməməliyik; çünki uşaq üçün, gənc üçün tərif/təqdir çiçək üçün su misalıdır.

Gəncləri tənqid etmək olar, amma onların bu tənqidə adekvat yanaşmasını tələb etmək absurddur. Gənclərin tənqidə hazır olmadığını deyən adamlar, sadəcə, qorxurlar: "mənim yerimi tutar, məndən önə keçər" təlaşı ilə onları, ilk növbədə, öz gözlərindən salmağa çalışırlar.

Gənclər tənqidə necə hazır ola bilərlər?! Axı onlar hələ yolun başındadırlar. Təcrübə qazanmağa çalışırlar. Yıxılıb-durduqca öz yaralarını tanımağa, onları sağaltmağı öyrənməyə başlayırlar. Öyrənənə kimi də gəlib bizim yaşımıza çatacaqlar və elə bizim kimi, heç nə bilmədiklərini görəcəklər.

“Gəncləri çox şişirdirsən, çox böyüdürsən” deməyin, onları öz istedadlarına, güclərinə inandırın. Bir tənqid edəndə iki dəfə təqdir edin. “Burda mənəm, Bağdadda kor xəlifə” deyir, qoy desin. Özgüvənli insanlar gün gəlir hamının güvənc yeri olur. Kimsəni əzməyə çalışmırlarsa, daraltmayın meydanlarını, qoy at oynatsınlar!

Gənclərin ən çox söykənəcəkləri çiyinə, seçimlərini dəstəkləyən böyüyə (valideyn, qohum, dost...) ehtiyacı var. Gənclərə qarşı cəbhə açmaq, savaşmaq gələcəklə döyüşməkdir. Böyüklər “bizə heç kim dayaq olmamışdı” deyib bu gün dəstəklənən gənclərə qarşı aqressivləşməməlidir. Əksinə, dayaqsızlığın nə olduğunu bilən, dəfələrcə yıxılıb-duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir.

Dizlərin qanayanda ətrafa boylanıb qaldırmağa kimsənin olmadığını görməyin dadını bilirsənsə, başqasının əlindən tutmağı hamıdan yaxşı bilməlisən – hamımıza aiddir. Guya gənclər nə gün görür ki, bir az da biz böyüklər günlərini göy əskiyə bükək?!

Vallah, gün gələcək, Z (zed) və A (alfa) nəsli də mandarinlərin daha əvvəlki ətri, dondurmaların əvvəlki dadı qalmadığından şikayətlənəcək...

İmkan verək indi cavanlıqlarını yaşasınlar; gənclik dönəmi unutmağa çalışdıqları travmalarına çevrilməsin, onları daim işığa ucaldan xatirələri olsun.

# 1477 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər