"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri
22 sentyabr 2026
# 15:30

Bu gün İsveçin tanınmış yazıçı, şair, jurnalist və filosofu Viktor Rüdberqin anım günüdür.

Kulis.az onun məşhur "Tomten" şeirini Aydan Ağayevanın sətri tərcüməsində təqdim edir.


Qış gecəsinin sərt soyuğu,
Ulduzlar parıldayır və sayrışır.
Hamı yatır tənha evdə
Gecəyarısının dərinliyində...

Ay sərgərdandır öz sakit yolunda,
Qar ağappaq parıldayır küknar və şam üstündə,
Qar ağappaq parıldayır damlar üzərində,
Yalnız Tomten oyaqdır.

Durub anbar qapısında boz biçimdə,
Boz rəngdə ağ qar dənizinin fonunda,
Baxır, ötən qışlardakı kimi,
Ayın sifətinə,
Baxır meşələrdəki küknar və şam ağaclarına...

Qaranlıq bir divar çəkir ev ətrafında,
Düşünür qəribə bir tapmaca üzərində,
Baxmayaraq ki, cavabını bilmir...
Darayır əli ilə saçını, saqqalını,
Silkələyir başını və papağını...

"Yox, bu tapmaca çox çətindir,
Xeyr, mən bunu tapa bilmirəm."
Adəti üzrə tezcə kənara atır,
Bu çaşdırıcı düşüncələri,
Özünü işə həsr edir...

Tövlədəki vəzifələrini yerinə yetirməyə gedir,
Taxıl anbarına, alət damına baş çəkir...
Bütün qıfılları yoxlayır –
İnəklər ay işığında yuxulayır,
Yüyən, qamçı və cilovdan qurutulan
At da tövlədə yuxudadır:
Söykəndiyi axur
Ətirli üçyarpaq yonca ilə dolsun deyə...

Qoyun-quzu ağılına tərəf gedir,
Görür - onlar içəridə necə yatıblar;
Toyuq-cücənin yanına gedir, xoruz dayanıb
Qürurla öz ən yüksək taxta tarında...

Karo rahatdır daxmasının samanında,
Oyanır, zərifcə bulayır quyruğunu,
Karo tanıyır öz Tomtesini,
Onlar yaxşı dostlardırlar.

Tomten nəhayət gizlicə içəri girir ki,
Ev adamlarına baş çəksin,
Uzun müddətdir ki, yaxşı bilir bunu,
Onlar onun sədaqətinə hörmət edirlər...

Sonra uşaq otağına asta addımlarla süzülür,
Şirin körpələri görməyə yaxınlaşır,
Heç kəs bunu ondan əsirgəyə bilməz,
Bu, onun ən böyük sevincidir.

Beləcə, o onları görüb, atanı və oğulu,
Çox nəsillər boyu...
Uşaq kimi yatırlar; amma haradan
Gəlib çıxıblar onlar?
Soy soyun ardınca gəldi tezliklə,
Çiçəkləndi, qocaldı, köçdü – amma hanı haradadırlar?

Həlli tapılmayan o tapmaca
Ona yenidən qayıdır.

Tomten sərgərdan gəzir anbarın çardağında,
Evi və qədəm basacağı yerlrər var...
Yüksəkdə otun ətri gələn çardaqda
Qaranquşun yuvasına yaxın...

İndi əlbəttə ki, boşdur,
Ancaq yazda yarpaqla və çiçəklərlə birlikdə,
O, yəqin ki, geri qayıdacaq
Sevimli dişisi ilə bərabər.


Şaxtalıdır qış gecəsi,
Ulduzlar parıldayır,
Tənha evdə hamı yatır
Səhərin sübh çağına qədər.

Ay sakitcə yoluyla gedir,
Qar ağappaq parıldayır küknar və şam ağacında,
Qar ağappaq parıldayır damların üzərində,

Yalnız Tomten oyaqdır.

Qeyd: Şeirdəki "Tomten" İsveç mifologiyasında evləri, təsərrüfatı və heyvanları qoruyan xeyirxah kiçik məxluq, ev cırtdanıdır.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
Qılıncla dövlət qurdu, qələmlə tarix yazdı - Şah İsmayıl Xətai ana dilini necə poeziya dilinə çevirdi?

Qılıncla dövlət qurdu, qələmlə tarix yazdı - Şah İsmayıl Xətai ana dilini necə poeziya dilinə çevirdi?

15:00 22 sentyabr 2026
Məşhur yazıçının həyat yoldaşı meymun hücumundan sonra vəfat etdi

Məşhur yazıçının həyat yoldaşı meymun hücumundan sonra vəfat etdi

15:00 22 sentyabr 2026
Süni intellekt “dərk” edirmi? - Şüur haqqında yeni suallar

Süni intellekt “dərk” edirmi? - Şüur haqqında yeni suallar

14:30 22 sentyabr 2026
Məşhur müğənni mükafat rekorduna imza atacaq

Məşhur müğənni mükafat rekorduna imza atacaq

14:00 22 sentyabr 2026
Sabahın gəlməsini arzulamağa nə haqqım var?  - Alen-Furnyenin  "Adsız ölkə"sindən

Sabahın gəlməsini arzulamağa nə haqqım var? - Alen-Furnyenin "Adsız ölkə"sindən

13:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər