Xoşbəxt insanlar niyə tənha olur? – Araşdırma

Xoşbəxt insanlar niyə tənha olur? – Araşdırma
19 aprel 2022
# 17:00

“British Journal” dərgisinin apardığı araşdırmalara görə, asosial insanlar daha xoşbəxt və cəmiyyət üçün faydalı ola bilir.

Günümüzdə sosial həyatın nə qədər trend olmasına, sosial şəbəkələrin nə qədər populyar olmasına baxmayaraq intellektual və sosial həyatdan qaçan yaradıcı adamların özünü daha çox xoşbəxt hiss etməsinə diqqət edən psixoloqlar bunun səbəblərini araşdırıb.

Səbəblərdən birincisi insanların genetik yaddaşı ilə bağlıdır. Babalarımızın kəndlərdə kiçik qruplar şəklində yaşaması bizi şəhər qələbəliyinə hələ də yad edir. Tayfalar, nəsil şəcərələri formasında yaşayış insanlar üçün daha rahatdır.

İnsan ibtidai formada mədəni situasiyalara malik olmadığı üçün sivilizasiyanın inkişafı ona müəyyən mənalarda çətin göründü. O, sosial varlıq olmadığı üçün mədəni həyatın konturları içində sıxılırdı. Psixoloqlar bunu təhtəlşüurumuzdakı narahatlıqla əlaqələndirir. 35 mindən çox adamın iştirak etdiyi sorğuda psixoloqlar müxtəlif millətdən, müxtəlif irqdən və mədəniyyətdən olan adamların mədəni-ictimai həyatdan, qlamur, bərbəzəkli, elitar məkanlardan uzaq gəzdiyini, daha səmimi və “pinti” məkanlara maraqlı olduğunun şahidi olublar.

18-28 yaş intervalında olan adamların qatıldığı sorğuda özünü xoşbəxt hiss edənlərin əksəriyyəti intellektual və təklikdə qalmağı sevən insanlardı.

Buna ikinci səbəb isə tək adamların problemlərə daha adekvat yanaşmasıdır. Tək və köməkçisiz insanların alternativ yollar axtarması onların düşdükləri çətin vəziyyətdən daha tez və sərfəli yollarla çıxmasına şərait yaradır. Bu cür adamların həyatı sonrakı dövrlərdə daha çox uğurlu olur. Tək qalmış və ya özünü sosial həyatdan təcrid etmiş insanlar real şansları daha yaxşı dəyərləndirə bilir.

Sənət camiəsinin nümayəndələri də araşdırmalarda fərqlənənlər siyahısındadır. Utopik, irreal, fərqli və yaradıcı dünyasına sığınanlar, rasional ideologiyaları kəskin tənqid edənlər də sosial auradan kənarda xoşbəxt olmağı bacaranlardandır. Ənənəvi üsulları, etik qaydaları, mental və populist ictimai düşüncəni qınayan kəslər həyatı daha ciddi və rəngarəng yaşadığı üçün öz fikirlərinə ortaq tapa bilmirlər.

Sorğuda iştirak edənlərin çoxu “sosial mühitdə necə xoşbəxt olursunuz?” sualına “sosial mühitdən çıxdıqdan sonra” cavabını veriblər. Onlar özlərini tək və daha yaradıcı işlərlə məşğul olanda xoşbəxt hiss etdiklərini vurğulayıblar.

Bir neçə il qabaq eyni dərgidə eyni mövzuda bir araşdırmanın nəticəsi belə idi: “21-ci əsr kütləviliyin fonunda fərdiyyətin qabardıldığı yüzillikdir”. Şəxsi fikirlərin hökm kimi diqtə olunduğu əsrdə insanların sosiallığa qaçması, həm də bu bürkülü tünlüyün içində özlərini narahat hiss etməsi həm də fərdi eqonun kütləvi eqodan yüksəkdə dayanmasına əsaslanır. Eqo bizi çevrəmizdəki adamların fikirlərinə müxalif etdiyi üçün sosial tələbatın etik qaydalarına cavabdeh ola bilmirik.

Sosial çevrəsi olmayanların özlərini daha xoşbəxt hiss etmələrinin üçüncü səbəbi eqolarının heç bir fikir altında əzilməməsi, onların həqiqətlərinin daha böyük görünməsi, onlara lazım olan bütün cavabların, əslində, sorğu-sualsız onlara aydın olmasıdır.

İnsanların özlərinə bir dost çevrəsi yaratması və o çevrənin içində periodik olaraq rutin həyat yaşaması normaldır. İntellektual və yaradıcı kəsim üçün isə bunun bir o qədər fərqi yoxdur. Yuxarıda qeyd etdiyimiz həmin araşdırma bunun daha bir səbəbinin də atalar və oğullar ideyasının zəki adamlar üçün daha formal xarakter daşıdığını sübut edir. Keçmişdə olan bütün səhvləri ənənə ilə əlaqələndirən intellektuallar avanqard və postreal həyat tərzinə üstünlük verir.

Xoşbəxtliyi yaradan hormonların 65 faizi birbaşa kədər, sıxıntı, sosial izolyasiya ilə bağlı olduğu üçün xoşbəxtliyi əldə edənlərin də çoxu təkliyi, asosiallığı seçənlərdir. Bütün hallarda içimizdəki potensial təklik qədər xoşbəxt olmaq xeyrimizə olacaq. Sosial trendlərin, ictimai brendlərin təsiri ilə üzümüzdə gülüş yaradan bütün səbəblər mədəni inkişafımızın qarşısındakı ən böyük əngəldir.

# 5916 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər