Rəşad Məcid kitabını yandırmaq istəyən gəncdən danışdı: “Bilmirəm, onu kim qızışdırır?”

Rəşad Məcid kitabını yandırmaq istəyən gəncdən danışdı: “Bilmirəm, onu kim qızışdırır?”
3 iyun 2019
# 18:51

Bu gün gənc yazar Orxan Həsəni Kulisin efirində AYB və "Ulduz" jurnalı xətti ilə nəşr olunan “Metro terminalının sevgisi” adlı ilk kitabını yandıracağını söyləyib.

Canlı yayım ədəbi mühitdə reaksiya doğurub.

Kulis.az məsələ ilə bağlı AYB-nin Gənclər üzrə katibi Rəşad Məcidlə əlaqə saxlayıb. R.Məcid gənc yazarın bu qərarının şou olduğunu bildirib:

“Orxan Həsənin kitabdan imtinasını Kulisin bir şousu hesab edirəm. Mən ədəbiyyatda bu cür yersiz şouları qəbul etmirəm. Canlı yayımda Orxan Həsəninin çıxışına qulaq asanda da bu hissləri keçirdim və belə bir status yazdım: “Elə adamlardan elə hərəkət görürsən ki, doğurdan da əlin üzündə qalır”. Açığı, Orxanın hərəkətindən təəccübləndim. Gərək insanda minnətdarlıq duyğusu olsun. Hesab edirəm ki, Orxanın şousu ani hislərin təsiri ilə yaranıb. Yadına düşüb ki, Ramiz Rövşən də bəyənmədiyini şeirlərini yandırıb, yaxud Qismət ilk şeirlər kitabını yandırıb. Düşünüb ki, o da belə bir addım ata bilər. Məncə, Orxan başqalarının fikri ilə oturub-durmasın, öz düşüncəsi olsun. Bu yaxınlarda da hərbi xidmətə gedəcək. Mən istəyərdim ki, Orxan ləyaqətlə xidmət etsin. Ancaq belə duyğularla vətənə xidmət etmək olmaz. Orxana hər zaman AYB tərəfdən diqqət olub. Bu da “Ulduz” jurnalının layihəsidir. Vaxtı ilə “Oqonyok” jurnalı da bu tip kitablar çap edirdi, eləcə də “525-ci qəzet” də. Mən Orxanın təqdimatında da dedim ki, bu ilk kitabdır, ilk kitab ilk sevgi kimi unudulmur, əzizdir. İndi bilmirəm Orxanı kim qızışdırdı? Əsəd Cahangirmi, Şərif Ağayarmı, yoxsa Ayxan Ayvazmı?”

Daha sonra Rəşad Məcid yumorla bunları söyləyib:

“O yəqin Qulu Agsəsin ”görsən üşüyürsən özünü yandır” misrasını “görsən bəyənmədin kitabı yandır” kimi başa düşüb!”

# 4657 dəfə oxunub

Oxşar xəbərlər

Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər