Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “ATV Kitab” arasında Memorandum imzalanıb

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “ATV Kitab” arasında Memorandum imzalanıb
9 mart 2016
# 15:31

Martın 9-da Nizami Kino Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Kulisin məlumatına görə memorandumu Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıb.

Memorandumun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması iməqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan, “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

Həmçinin, əməkdaşlıq sənədinə əsasən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.

Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Vüqar Zeynalov ATV kanalına eksklüziv açıqlamasında bildirib: “Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsas tərkib hissəsi məhz mədəniyyətlə bağlıdır. Bu sahədə ölkəmizdə geniş miqyaslı işlər görülür. Beynəlxalq mədəni və humanitar tədbirlər gerçəkləşdirilir. Ölkədə ildən ilə daha çox yeni kitablar nəşr olunur və tərcümə edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində inkişaf strategiyası bu gün daha çox gənc nəslə -Azərbaycanın gələcəyinə xidmət edir. Uşaqlarla hər il keçirdiyi ənənəvi görüşündə Mehriban xanım onlara müraciət edərək deyib: “ Bu gün üzümü sizə tutub xahiş edirəm kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz...”

Təsadüfi deyil ki, bu ilin fevralında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev nazirliyin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi ilə bağlı əmr imzalayıb. Uşaq ədəbiyyatının, kitabın uşaqlar arasında təbliğinin gücləndirilməsini həmişə diqqətdə qalmasını nəzərə çatdırıb. Biz də Bakı şəhər Mədəniyyyət və Turizm idarəsi olaraq məhz mədəniyyət siyasətinə və strategiyasına öz kiçik töhfəmizi vermək, ATV kanalı ilə birlikdə gələcək nəsildə kitaba, ədəbiyyata olan marağı artırmaq istəyirik...”.

“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu artıq bir neçə aydır ki, “Parlaq imzalar” nəşriyyatı ilə birgə ciddi mədəni-intellektual layihə kimi dünya ədəbiyyatı, uşaq ədəbiyyatı və yeni milli ədəbiyyat nümunələri kimi kitabların nəşri ilə məşğul olduqlarını və bundan sonra Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə birlikdə həyata keçiriləcək müxtəlif mədəni görüş və tədbirlərin Azərbaycanın gələcəyi olan uşaqlara, yeniyetmələrə kitabın təbliği baxımından uğurlu zəmin yaradacağını vurğulayıb.

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər