Psixoloqlar Dəyanət Rzayevin intiharından danışdılar - SORĞU

Psixoloqlar Dəyanət Rzayevin intiharından danışdılar - <span style="color:red;">SORĞU
26 yanvar 2017
# 13:00

Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı sosial şəbəkələrdə geniş reaksiyalar yaradıb.

İnsanların dərdini danışdığı, depressiyadan xilas olmaq üçün müraciət etdiyi bir sənət sahibinin intiharı cəmiyyətə necə təsir edir?

Kulis.Az bu barədə psixoloqlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Elnur Rüstəmov

Image result for elnur rüstəmov wikipedia

- Əlbəttə, cəmiyyət bu cür hadisəni qəribə qarşılayır. Psixoloq insanı çətinlikdən çıxarır, depressiyadan xilas edir, intihar hallarında kömək əlini uzadır. Ancaq bir şeyi nəzərə almaq lazımdır; psixoloq hər şeydən öncə insandır. Bunu göz önünə gətirmək lazımdır. Emosional yanma sindromu deyilən bir şey var. Psixoloqun da gərgin, narahat olduğu saatlar olur. Dəyanət bəy də həyat yoldaşından təzəcə ayrılmışdı, bir müddət özünə qapanmışdı. Ona dəstək olmalı idik. Ümumiyyətlə, dünyada psixoloqun da özünün psixoloqu var. Və bu bizdə də olmalıdır. Bir anlıq düşünək - onkoloq onkoloji xəstəlikdən həyatını itirə bilər. Yaxud da bir həkim hansısa xəstəlikdən ölə bilər. Həyatdır bu. Heç kim sığortalanmayıb. Bu cür düşüncə yanlışdır ki, psixoloq necə intihar edə bilər? Bu aspektdən yanaşanda hadisə müxtəlif istiqamətlərə gedib çıxır. Psixoloqun intiharını siyasiləşdirirlər. Bu doğru deyil. Ümumiyyətlə, bu cür yanaşma yanlışdır. Doğrudur, bütün hallarda psixoloqun intiharı yaxşı hal deyil, ancaq buna başqa bir don geyindirmək olmaz. Dəyanət bəy emosional adam idi. Psixoloq olsa da neqativ düşüncələrdən xilas ola bilmirdi. Və o düşüncələrin qurbanı oldu.

Vəfa Əkbər

Image result for Vəfa Əkbər

- Öncə onu deyim ki, insanlara etiket asmayaq, o psixoloqdan əvvəl insandır və hər insan individual psixikaya malikdir. Hər bir insanın intiharı bədbəxt hadisədir, əlbəttə ki, bu cəmiyyətə pis təsir edir.

Orxan Fərəcli

Image result for orxan fərəcli

- İntihar insanın kimliyindən asılı olmayaraq intihardır. Amma təbii ki, cəmiyyətdə tanınan bir adamın intihar etməsi daha böyük rezonans doğuracaq. Çünki onun təsir dairəsi digərləri ilə müqayisədə daha çoxdur. Psixoloq da digər insanlar kimi intihar edə bilir. Hətta mən bu barədə bir yazı da yazmaq fikrindəyəm. Dünyada psixoloqların intiharı statistikaya görə daha çoxdur. Mən statistika üzərindən araşdırma aparacam. Məsələn, elə bu yaxınlarda mənim dostum, Türkiyənin tanınmış psixiatrı Mustafa Ünalmış özünü güllə ilə vurmuşdu. Bu depressiyadır. Biz daha çox depressiya hallarında intiharla rastlaşırıq. Depressiya da ixtisasa baxmır.

# 2665 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər