Qoyun otardığı vaxt kitab oxudu və... - VİDEO

Qoyun otardığı vaxt kitab oxudu və... - <span style="color:red;">VİDEO
4 aprel 2018
# 13:41

Sovet dövründə yaşayan yaxşı oxuyan kənd uşaqlarının bəlkə də hamısı qoyun-quzu otarmağa gedəndə yanına kitablarını da alırdı. Onların oxumağa həddindən artıq həvəs göstərmələrinin mükafatı gələcəkdə hansısa ali məktəbə qəbul edilmələri olurdu.

Türkiyənin Siirt vilayətində tamam əksi bir hadisə baş verib. Belə bir hadisə sensasiya kimi qəbul edilib, ardınca da vilayətin polis rəisi tərəfindən mükafatlandırılıb. Belə ki, 11 uşaqlı ailədə böyüyən və daun sindromu xəstəliyindən əziyyət çəkən “14 Sentyabr” Anadolu liseyinin şagirdi Kadər Özərin Afətevləri məhəlləsinədəki boş ərazidə qoyun otardığı zaman kitab oxuması Siirt vilayətinin Polis İdarəsinin şəhər təhlükəsizliyə nəzarət sistemi kameralarına tuş gəlib.

Hadisədən xəbərdar olan Siirt Polis İdarəsinin rəis əvəzi Saruxan Qızılay qoyun otardığı zaman kitab oxuyan Kadər Özəri Daxili İşlər Nazirliyinin həyata keçirdiyi “Biz Anadoluyuz layihəsi” çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinə səyahətə getməli olan şagird qrupuna daxil edib.

Anadolu Agentliyinin məlumatına görə, qoyunları otaranda kameralara yaxalanan K.Özərin özünün bundan xəbəri olmayıb:

“Mənim orada kamera olduğundan belə xəbərim olmayıb. Kitab oxuyarkən bir polis yanıma gəldi, daha sonra ailəmlə əlaqə yaratdılar. İstanbul və Çanaqqalaya səyahətə aparmaq istədiklərini söylədilə. Kitab oxumağın xeyrini burada gördüm. İstanbul və Çanaqqalanı daha əvvəl heç görməmişəm, buna görə də çox sevinirəm… Təkcə qoyun otararkən deyil, boş zamanlarımda həmişə kitab oxuyuram. Həkim olmaq istəyirəm…”. (Bizimyolinfo.com)

# 2221 dəfə oxunub

Oxşar xəbərlər

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

19:00 9 iyul 2026
50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

18:30 9 iyul 2026
"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

17:00 9 iyul 2026
Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır

16:35 9 iyul 2026
Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi

16:20 9 iyul 2026
“Yazıçı, publisist Şamo Arif - 90”  adlı sərgi açıldı

“Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açıldı

16:00 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər