Natəvan Hacıyeva dəfn olunub – YENİLƏNİB

Natəvan Hacıyeva dəfn olunub – <span style="color:red;">YENİLƏNİB
2 may 2019
# 15:12

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dəfn olunub.

ONA-nın xəbərinə görə, evində keçirilən vida mərasimindən sonra mərhum Yasamalda köhnə qəbiristanlıqda dəfn olunub.

* * *

Saat 13:50

"Hesab edirəm ki, Natəvan xanımın vəfat etməsi Azərbaycan mədəniyyəti, incəsənəti üçün bir itkidir".

ONA-nın məlumatına görə, bunu dünən dünyasının dəyişən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyevanın qızı Cəmilə Davudova deyib.

O bildirib ki, Natəvan Hacıyevanın ən böyük arzusu şərqşünas olmaq idi: "Mən onun arzusunu yerinə yetirdim. Biz onun xəstə olması ilə bağlı xəbəri ötən ilin noyabrında bildik. Həkim bunu bizə demişdi. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi. Dünən isə vəfat etdi”.

* * *

Saat 13:26

"Mən Natəvan xanımla 1967-ci ildən birlikdə çalışmışam".

ONA-nın məlumatına görə, bunu məşhur diktor Şərqiyyə Hüseynova deyib.

O bildirib ki, N.Hacıyeva özünə qarşı çox həssas bir insan idi: "Amma nə etmək olar, bu xəstələyin qarşısının alınması mümkün deyil. Natəvan xanımın xatirəsi bizim qəlbimizdə yaşayacaq. Deyirlər ki, 70 yaşına kimi Allah sənə bu ömrü verir, amma 70-dən sonra nə yaşadın, qənimətdir. Mən ona Allahdan rəhmət, yaxınlarina başsağlığı diləyirəm”.

* * *

Saat 13:00

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb.

ONA-nın xəbərinə görə, mərhumla vida mərasimi evində keçirilir.

Mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra N.Hacıyeva Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin!

# 3510 dəfə oxunub

Oxşar xəbərlər

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

Yusif Axundzadənin 80 illik yubileyi qeyd olundu

18:25 5 fevral 2026
“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs”  sərgisi açıldı

“Səssiz dualar - Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açıldı

17:42 5 fevral 2026
Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

17:00 5 fevral 2026
Venesiya Karnavalının builki mövzusu  qədim Olimpdir

Venesiya Karnavalının builki mövzusu qədim Olimpdir

16:10 5 fevral 2026
Fəlsəfəyə dair akademik nəşrlər satışa çıxarıldı

Fəlsəfəyə dair akademik nəşrlər satışa çıxarıldı

15:10 5 fevral 2026
Rotterdam Beynəlxalq Film Festivalı davam edir

Rotterdam Beynəlxalq Film Festivalı davam edir

15:01 5 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər