Yuri Trifonovun kitabı çıxdı – İLK DƏFƏ

Yuri Trifonovun kitabı çıxdı – İLK DƏFƏ
13 mart 2017
# 12:27

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi, məşhur hekayələri daxil edilib.

Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.

1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur.

Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.

# 3473 dəfə oxunub

Oxşar xəbərlər

Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
“Kəlağayı bayramı”   keçiriləcək

“Kəlağayı bayramı” keçiriləcək

11:26 21 noyabr 2026
Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

10:58 21 noyabr 2026
“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

10:03 21 noyabr 2026
Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər