Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20 iyul 2019
# 13:46

İyulun 19-da Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümün son tamaşasını tamaşaçılara təqdim edib.

APA-nın yerli bürosunun məlumatına görə, teatrın kollektivi tanınmış dramaturq Əli Əmirlinin Sumqayıtın 70 illik yubileyinə həsr etdiyi “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Prezidentin imzaladığı mədəniyyətə, ədəbiyyata, incəsənətə yüksək diqqətin təzahürü olan sərəncamları dilə gətirərək teatr kollektivi adından minnətdarlığını bildirib. Görülən işləri, yaradıcılıq imkanlarının artmasını kollektivdə ruh yüksəkliyin dinamikasına rəvac verən əsas amil hesab edən M. Həmidov yubiley mövsümündə Sumqayıt teatrındakı canlanmanın növbəti teatr mövsümündə də davamlı olacağını əminlik ifadə edib.

Daha sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsilə yanaşı teatrın təbliğat yönümlü ideyalar irəli sürərək tamaşaçı axınının güclənməsinə nail olduğunu qeyd edib. O, cari mövsümdə repertuara daxil edilən “Tıq-tıq xanım”, “Danışan gəlincik”, “Dəfn edilməmiş ölülər”, “Mamoy kişinin yuxuları”, “Sevgilim Sumqayıt” kimi uğurlu tamaşaların rəğbət görməsi həyata keçirilən PR kompaniyalar ilə də bağlı olduğunu vurğulayıb.

Daha sonra “Sevgilim Sumqayıt” tamaşası teatrsevərlərə təqdim edilib. Tamaşada teatrın aparıcı aktyorları - Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edib. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.

# 5853 dəfə oxunub

Oxşar xəbərlər

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər