Qadınları kimlər zorlayır? - MÖVQE

Qadınları kimlər zorlayır? - <span style="color:red;">MÖVQE
16 fevral 2015
# 16:00

Son günlərin Türkiyə gündəmini zəbt edən hadisə sözsüz ki, zorlanaraq öldürülən “Özgəcan hadisəsi”dir. Bütün Türkiyə cəmiyyəti özəlliklə qadınlar bu hadisəyə fokuslandı. Tabutu qadınlar daşımaq üçün kişilərə vermədi, qadın məşhurlar fikirlərini, şərhlərini əsirgəmədi, seksizm hekayələrini anlatmaq üçün haştaqlar yaradıldı.

Kulis.az daim diqqətdə saxladığı mövzunu “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikirlərini öyrənib.

Mehriban Zeynalova deyir ki, zorlanma ittihamı ilə məhkumların sayı son 10 ildə 10-70 nəfər arasında dəyişir: “Ola bilər ki, zorlanmalarla bağlı rəsmi statistikada daha az göstərilsin. Amma biz bilirik ki, bir çox hallarda zorlanan şəxslər bu barədə məlumat vermirlər. Bir çox hallarda qadınlar ittiham olunmamaq üçün kimsəyə demirlər. Bəzi hallarda hüquq-mühafizə orqanlarına xəbər verilmir, çünki prosedura görə, yetkinlik yaşına çatmayıbsa, şəxs hadisə haqda valideynlərinə və ya qəyyumlarına xəbər verilməlidir. Buna görə məlumat verməkdən çəkinirlər. Bəzi vaxtlarda da müəyyən müddət keçəndən sonra məlumat verirlər, amma gec olduğu üçün tədbir görmək mümkün olmur, sübutlar toplamaq çətinləşir. Məsələn belə bir iş var – 13 yaşlı uşaqdır, zorlanıb, ekspertiza da rəy verir ki, zorlanıb, amma müəyyən müddət keçdiyi üçün zorlayan şəxsin toxumalarını dəlil kimi götürmək mümkün olmayıb və onu ittiham olunan şəxsin zorladığı sübut oluna bilməyib. Belə hallara görə, real rəqəmi söyləmək çox çətindir”.

Hüquq müdafiəçisi deyib ki, cəmiyyət əksər hallarda günahı zorlananda görür: “Cəmiyyətin belə reaksiyası var: qadın zorlanıbsa, bunda elə qadını günahlandırırlar. Bu münasibəti əsaslandıran atalar sözləri, məsəllər var. Məsələn: “Düyə göz eləməsə, kələ sıçramaz”. Belə fikirlər ictimai şüurda var və ona görə düşünürlər ki, zorlanan qadın özü günahkardır. Yəni o imkan yaratmasa, belə hadisə də olmazdı. Hətta qadınlar bu barədə belə düşünür.

Mən həmişə deyirəm, bizim qadınlar belə deməklə özlərinə xal qazanmaq istəyirlər. Yəni, “bu, mənim başıma gələ bilməz, mən daha təmizəm, pakam, namusluyam” və sairə. Bununla özlərini kişilərin gözlərində daha təmiz, daha pak, daha ağıllı göstərmək üçün təcavüzə məruz qalan qadına dəstək verməkdənsə, onu qınaq etməyə başlayırlar. Bu da ondan irəli gəlir ki, cəmiyyət kişi cəmiyyətidir. Və bu cəmiyyətin formalaşdırdığı “Qadın həmişə günahkardır” fikrindən qorxaraq daha çox kişiyə dəstək verir. Bu, qadınların özünü təmizə çıxarmaq, özünün o birilərdən yaxşı olduğunu diqqətə çatdırmaq “xəstəliyidir”.

Mehriban Zeynalova deyir ki, qadınlar adətən tanışları tərəfindən zorlanır: “Zorlayan şəxslər adətən tanışlar olur. Kənardan, təsadüfən zorlama halları az olur. Küçənin ortasında yoldan keçəndə kimsə-kimisə zorlamır. Çox təsadüfi hallarda belə ola bilər. Kimsə içki içəndə və sairə. Adətən tanışlar, qohumlar, qonşular – yəni, etibar edib evə buraxdığın adamlar bunu edir.

Cinayət Məcəlləsində zorlama ilə bağlı maddə var. Amma bilirsiniz, bir çox Avropa ölkələrində, hətta Türkiyədə seksual təcavüz cinayətləri ilə bağlı ayrıca qanun var. Hətta seksual tərkibli mesajlar belə seksual tərkibli cinayət sayılır. Bizdə bu pozuntular yalnız zorlanma ilə məhdudlanıb. Bununla bağlı cəmiyyətə çağırış etmək lazımdır ki, qanunvericilik daha da sərtləşdirilsin. Namus cinayətlərinin, seksual tərkibli cinayətlərin sayı artmaqdadır. Sosial şəbəkələrdə də, iş yerlərində də... Gender haqqında qanunda əslində, iş yerlərində seksual tərkibli hərəkətlərə görə cəzalandırma nəzərdə tutulub. Amma məsələn, qanunvericilikdə kifayət qədər öz əksini tapmayıb. Və yaxud iş yerində baş verən cinsi təzyiqlər haqqında iqtisadi asılılığa görə, qadınlar susmalı olur, qorxurlar ki, işi itirərlər. Bu cür hallarda qadınların təhlükəsizliyini təmin etmək üçün qanunvericilikdə təkmilləşmə aparılmalıdır…”

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #