Buker alan müsəlman xanım kimdir? - Maraqlı Faktlar

Buker alan müsəlman xanım kimdir? - Maraqlı Faktlar
22 may 2019
# 11:44

Coha Əl Harthi 1978-ci ildə Omanda doğulub və təhsilini Omanda və Birləşmiş Krallıqda alııb. Klassik ərəb ədəbiyyatı üzrə Edinburq universitetində doktorluq dərəcəsi qazanıb. Sultan Qabus Universitetində ərəb dili kafedrasının dosentidir. Coha Əl Harthi bədii əsərlərdən başqa tərcümələrin və dərsliklərin müəllifidir.

Buker mükafatına layiq görülmüş “Səmavi bədənlər” kitabından başqa yazıçının “Narıncı”, “Sevgi təəssüratı”, “Damdakı oğlan” hekayələr kitabları çıxıb. O, “Bulud arzuları” və “Quş yuvaları” uşaq kitablarının, üç romanın müəllifidir. İndiyədək 10 kitabı çap olunub. Əsərləri ingilis, alman, koreya, serb, italyan dillərinə tərcümə olunub və dərgilərdə çap olunub.

“Narıncı” hekayəsinə görə Sultan Qabus ədəbiyyat mükafatına layiq görülüb. Buker almış “Səmavi bədənlər” əsəri 2010-cu ildə Omanın ən yaxşı hekayəsi seçilib. “Quş yuvaları” kitabı isə Omanın ən yaxşı uşaq kitabı adını alıb.

Buker mükafatına layiq görülən “Səmavi bədənlər” əsərini ingilis dilinə Merilin But çevirib. Merilin But Oksford Universitetində ərəb dilindən dərs verir. Xatırladaq ki, qaydalara görə, 50 min funt sterlinq pul mükafatının tən yarısı tərcüməçiyə çatacaq.

“Səmavi bədənlər” yazıçının Omandakı vətəninin postkolonial dövründən bəhs edir. Əsərin süjetində Omanın Əl Avafi kəndində yaşayan üç bacının hekayəsi dayanır. Bunlardan biri Abdullaha ərə gedən qırıq qəlbli Maya, biri borcluluq hissi ilə evlənən Əsma, o biri Kanadaya gedən sevgilisinin qayıtmağını gözləyən Xəvlədir. Bu üç bacının hekayəsi ilə oxucu Omanın ənənəvi quldarlıq cəmiyyətindən mürəkkəb müasirliyə keçidini izləyir.

“Roman eleqant bir strukturla bir ailənin itkiləri və sevgisi üzərindən Omanın yetkinləşməsindən bəhs edir” - deyə Buker təşkilatçıları deyir.

“Roman bizim ümumi tariximizin narahat məqamlarını və incə bir ustalığı nümayiş etdirir. O, cins, irq və quldarlıq klişelərinə dirəniş göstərmək mövzusuna metaforalar təqdim edir.” – deyə jüri sədri Bettani Hyuz romanı şərh edərkən deyib.

Xatırladaq ki, Coha Əl Harthi Buker mükafatı uğrunda beş seçilmiş müəlliflə mübarizə aparıb: fransız Anni Erno, alman Marion Poşman, polyak Olqa Tokarçuk, kolumbiyalı Xuan Qabriel Vaskes və çilili Alluko Trabbuko Zeran.

# 3112 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər