Yunus Əmrə Mərkəzinin direktoru Tərcümə Mərkəzində

Yunus Əmrə Mərkəzinin direktoru Tərcümə Mərkəzində
9 fevral 2017
# 14:25

Fevralın 8-də Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru cənab İbrahim Yıldırım Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatı üzrə gördüyü işlərdən – əsərləri zaman-zaman Azərbaycan dilinə çevrilmiş və qurumun “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilmiş Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi türk ədiblərinin Azərbaycanda tanıdılması və sevilməsi, həmçinin ötən il təqdimatı Ankarada baş tutan ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Mərkəzin direktoru A.Məsud qonağa, hazırda tərcüməsi artıq başa çatdırılmış və bu ilin aprel ayında işıq üzü görməsi nəzərdə tutulmuş “Türk ədəbiyyatı antologiyası” kitabı haqqında da məlumat verib, bu istiqamətdə işlərin genişləndiriləcəyini qeyd edib.

Rəhbərlik etdiyi qurumun başlıca qayəsinin türk ədəbiyyatının dünyada tanıdılması olduğunu bildirən cənab İbrahim Yıldırım Azərbaycanda ilk dəfə işıq üzü görəcək “Türk ədəbiyyatı antologiyası” kitabının Mərkəz tərəfindən ərsəyə gətirilməsini yüksək dəyərləndirib:

– Ədəbiyyat, xalqlarımız arasında olan sevgini, birliyi, doğmalığı, qardaşlığı daha aydın və rahat büruzə verən nəcib bir körpüdür. Azərbaycan ədəbiyyatının Türkiyəyə, Türkiyə ədəbiyyatının Azərbaycana daşınması və sevdirilməsi xalqlarımız arasında olan bu sevgini və qardaşlığı daha da möhkəmləndirir. Bu mənada Mərkəzin ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi işlər təqdirəlayiqdir. Bu gün 56 ölkədə Yunis Əmrə Türk Mədəniyyəti Mərkəzinin nümayəndəliyi fəaliyyət göstərir. Odur ki, mərkəzlərimiz arasında faydalı əməkdaşlıq üçün kifayət qədər perspektivlər və imkanlar var.

Görüşdə, həmçinin, Türkiyə-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq növbəti layihələr müzakirə olunub.

Görüşün sonunda Yunus Əmrə Türk Mədəniyyəti Mərkəzinin qədim türk tarixi motivlərini özündə əks etdirən hədiyyəsi A.Məsuda təqdim olunub.

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər