Rahid Uluselin kitabı Rusiyada nəşr edildi

Rahid Uluselin kitabı Rusiyada nəşr edildi
7 iyun 2019
# 18:10

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Мерцание” (Möcüzə) adlı aforizmlər kitabı Rusiyanın “Художественная литература” nəşriyyatında çapdan çıxmışdır.

Kulis.az xəbər verir ki, kitabın redaktoru Fəxrəddin Hacıyevdir.

Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır.

Kitabın əsas məqsədi – yaşadığımız tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. O, çağdaş Azərbaycan müəlliflərindən bir filosofun xaricdə çap olunmuş ilk aforizmlər kitabıdır.

# 3081 dəfə oxunub

Oxşar xəbərlər

Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı

Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı

10:14 10 iyul 2026
Etimad Başkeçid:  "Yazıçılar Birliyinin problemləri Anar sədrlikdən gedəndən sonra başlayacaq" - Müsahibə

Etimad Başkeçid: "Yazıçılar Birliyinin problemləri Anar sədrlikdən gedəndən sonra başlayacaq" - Müsahibə

10:00 10 iyul 2026
"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

19:00 9 iyul 2026
50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

18:30 9 iyul 2026
"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

17:00 9 iyul 2026
Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır

16:35 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər