“Min bir gecə” baleti nümayiş etdiriləcək

“Min bir gecə” baleti nümayiş etdiriləcək
16 mart 2019
# 10:45

Aprel 11-i və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək.

ONA xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin xalq rəssamı Tahir Salahova məxsusdur.

İki pərdəli baletdə “Kreml baleti” teatrının solistləri əməkdar artistlər və beynəlxalq müsabiqə lauretları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu, teatrın bədii rəhbəri, Rusiyanın xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Qeyd edək ki, Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

# 4208 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

Türkiyədə dəmir yolu vağzalları muzey kimi fəaliyyət göstərəcək

13:44 18 noyabr 2026
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi

13:23 18 noyabr 2026
Rusiyanın "Lenkom" teatrında axtarış aparıldı

Rusiyanın "Lenkom" teatrında axtarış aparıldı

13:19 18 noyabr 2026
Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

Yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən sərgi açıldı

12:16 18 noyabr 2026
Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

Süni intellekt musiqi kliplərinin də yaradılmasına başlayır – “Suno” yeni alətini təqdim etdi

11:46 18 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

11:17 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər