Məmməd İsmayıl İtaliyada prezident seçildi

Məmməd İsmayıl İtaliyada prezident seçildi
12 iyun 2017
# 12:39

Türkiyədə yaşayan həmyerlimiz şair Məmməd İsmayıl iyunun 1-dən 6-dək İtalyanın iki vilayətində gerçəkləşdirilən 19-cu əsrin iki romantik şairi Giacomo Leoparti (İtalya) və Mihai Eminuscuya (Rumınya) həsr edilən Beynəlxalq şeir şöləninə qatılıb.

Kulis.azın verdiyi xəbərə görə, şeir şöləni İtalyanın Rekanati şəhərində keçirilib. Türkiyə, ABŞ, Brailya, İsrail, Belçika, İtalya, Rumınya, Moldavya, Rusya, İrlan, Litva, Estonya, və s. ölkələrən gələn 30-dan çox şair 6 gün ərzində İtalyanın şəhər və qəsəbələrində olub, oxucularla görüşlər keçirib və bu ölkənin qədim mədəniyyətləri ilə tanış olublar.

Şeir şöləninə qatılan şairlərin italyan dilinə tərcümə edilmiş əsərlərindən ibarət “Dünya şeir antologiyası” nəfis şəkildə çap olunub. Antologiyada Məmməd İsmayılın beş şeiri yer alıb.

Şölənin önəmli yönlərindən biri də iştirakçı şairlərin bir şerinin şeir şölənin keçirildiyi şəhərlərdəki küçə və muzeylərin çöl divarlarına həkk olunması idi. Məmməd İsmayılın “Biz dörd nəfər idik” şeri Rocca d'Арсе şəhərindəki Darvin muzeyinin önündəki divara həkk edilmişdir.

Dünya şeir şölənində İncəsənət Respublikası təsis olunub. Tədbirə qatılanlar bu İncəsənət Respublikasının qurucu üzvləri və öz ölkələrində təmsilçi-prezidentləri seçiliblər.

İncəsənət Respublikası dünya şerini, musiqisini, rəssamlığını təbliğ etmək və tanıtmaq üçün quruldu. İncəsənət Respublikasının öz mətbu orqanları, saytı, jurnalları, sərgi salonları və s. olacaq. Hər təmsilçi öz ölkəsinin incəsənətini bu İncəsənət Respublikası vasitəsiylə dünyaya tanıtmağa borcludur. İldə bir dəfə qurucu üzvlər Romaya toplaşacaq və gördükləri işlərlə bağlı hesabat verəcəklər.

# 2963 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər