Ədəbiyyat festivalı yekunlaşıb

Ədəbiyyat festivalı yekunlaşıb
4 oktyabr 2019
# 10:07

Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur.

Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca Mədəniyyət Nazirliyinin “Söz” layihəsi və Bakı Kitab Mərkəzidir. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir. Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

Avrasiya Millətlər Assambleyasının direktoru Svetlana Konstantinova çıxış edərək “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Sonra “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təşkilat komitəsinin sədri Marqarita Al çıxış edib. O, bildirib ki, festival həmişə həmrəylik və dostluq əlaqələrinə təkan verir: "Bu mənada “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı unikal platformaya çevrilir".

Sonra festivalın qalibləri mükafatlandırılıb. Müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olunub.

Qızıl medala türk şair Tuğrul Tanyol layiq görülüb.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, növbəti festival Türkiyədə keçiriləcək.

# 3416 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər