Seks üçün jetonlar – Qeyri-adi faktlar

Seks üçün jetonlar – Qeyri-adi faktlar
22 oktyabr 2019
# 15:41

Qədim Romada fahişəliyə ikili münasibət var idi. Ümumi olaraq cəmiyyətdə ona vacib bir iş kimi baxılırdı. Böyük Katon kimi (e.ə.234-149 il) müəlliflər gənclərin “başqa kişilərin arvadlarına sataşmamaqla” öz ehtiyacını ödəmək məsələsində şübhəsiz faydalı bir xidmət hesab edirdilər.

Bununla belə tarixçi Lüsiya Avilin “Romanın gündəlik tarixinə dair” kitabında “romalılar öz bədənini pula satan adamlara aşağılayıcı münasibət göstərirdilər”.

Romada həm imperiya dövründə həm də Respublika zamanında fahişəlik fəaliyyəti daim inkişaf edib və təkmilləşib. “Karmen Erreros Qonsalesin “Roma fahişələri: hüquqsuz azad qadınlar” kitabında bu qədim sənətin şəhər salınandan sistemləşdiyi yazılır. Onun sözlərinə görə, şəhər salanlar seksual xidmət göstərənlərin məkanında yemək yeyirdilər.

“Mifdə latın dilində fahişə anlamını verən Lupadan, dişi canavardan bəhs olunur. O, Mars adlanan tanrıya təslim olur və Mars ona bu xidmətin müqabilində varlı adamlardan birini ər olaraq göndərir” – deyə müəllif izah edir.

Romanın həyatında fahişəlik daima iştirak edir. İkinci Punik müharibəsi zamanında (e.ə. 218-201-ci illər) seksual ehtiyacın ödənilməsi vətəndaşın asudə vaxtının bir hissəsi kimi qiymətləndirilirdi.

Xaen Universitetinin akademiki, tarixşünası Ruben Montalbon “Qədim Romada seksual istismar və fahişəlik” kitabında yazır: “Bu zamandan etibarən fahişəlik romalıların həyatının ayrılmaz hissəsi kimi ortaya çıxdı. Namuslu evli qadınları təhlükədən qurtaran bir fəaliyyət kimi qiymətləndirildi.

Məşhur komediya yazarı Plavt (E.ə. 254-184) yazırdı:

“Pulun varsa nəyisə pulla almağı heç kim qadağan edə bilməz. Kimsə kimisə fahişələr olan küçədən keçməyə də məcbur eləmir. Kimlə istəyirsən seviş. Əsas odur ki, kiminsə şəxsi həyatına qarışma”.

Bizim eranın I əsrində yaşamış romalı yazıçı Valeriy Maksimus belə bir əhvalat yazır: ata öz oğlunu başqa kişi ilə yaşayan qadını narahat etməsin deyə, fahişəxanaya göndərir.

Ereros “Qədim Romada fahişəliyin izi ilə” məqaləsində romalıların evli kişinin də fahişəxanaya getməsini dəstəklədiklərini yazırdı. Romalılara görə, beləliklə kişi öz nikahını sağlamlaşdırır”.

Beləliklə peşə özü faydalı və vacib sayılsa da peşəkarlara həqarətli münasibət var idi. Ona görə ki, onlar öz bədənini normal qadınlar kimi nəslin artırılmasına həsr etməkdənsə, kişilərə satırdılar.

Fahişələrin tipləri

Romalı qadın necə fahişəyə çevrilirdi?

İmperiya və Respublika zamanında fahişələr anadan olan kimi diqqətdən kənarda qalmış kasıb ailədən çıxırdı: bunlar ya dilənçilər, ya bədənini satmağa məcbur edilmiş qullar ya da cinayət törətmiş qadınlar idi. Lakin onların arasında azad şəkildə bu peşəni seçmiş şəhərli qadınlar və zorlanmış qızlar da var idi. Sonuncular xüsusilə üzərindəki lənətdən əziyyət çəkirdilər, çünki hər kəs baş verənlərə görə, onların özünü lənətləyirdi.

Bundan başqa qədim peşənin sahibləri peşəkarlığa görə də təsnifatlanırdı: ən yüksək olanlar kurtizankalar idi. Onlar elit sinif üçün idilər: gözəl, yaxşı manevrləri olan, fleytada çala, rəqs edə bilən zərif fahişələrin aylarla vaxt sərf etdikləri müştəriləri var idi. Bu müştərilər onlara hörmət edir, kişi məclisinə aparır və onları bu məclislərdə öz fikirlərini deməkdə azad idilər. Beləliklə, kurtizankalar dəbə, incəsənətə və ədəbiyyata öz təsirini göstərə bilirdilər.

Həmçinin fahişələr də müştəriyə hörmət nümayiş etdirməli, ər qədər yüksək tutmalı idilər. Amma bu heç bir halda ər-arvad sevgisinə oxşamamalı idi. Bunu yüksək peşəkarlar bacarardı.

Müştəriləri ilə cinsi əlaqəyə görə pul qazanmaqdan çəkinməyən qadınlar meyxanalara və ya yeməkxanalara gəlirdi. "Bu qadınlar çox vaxt evli olurdu, amma ərləri etdiklərinə tamamilə laqeyd qalırdılar" deyə müəlliflər yazır. Sonuncu kateqoriyaya yaşamaq üçün pulu olmayan gənc qızlar və ya fahişəxanalarda cinsi xidmətlər göstərən qullar da daxildir.

Seks jetonları

Onlar Romanın ən sıx məskunlaşma olan rayonlarında yerləşirdilər. Subura adlanan kasıb kvartalda ən ucuz fahişələr götürmək olardı. Burada yaşamaq üçün öz arvadı və uşaqlarını təklif edən ailə başçıları var idi. “Roma imperiyasında gündəlik həyat haqqında” kitabının müəllifi yazır: “Bu məhəllələrdə fahişəxana tapmaq çox asan idi, çünki müəssisələrin sahibləri adətən girişdə qırmızı boyanmış daş fallos quraşdırmışdılar. "Erekiya vəziyyətində olan kişi cinsiyyət üzvü uğurun simvolu hesab olunurdu və həm də seksual xidmətlərə işarə edirdi”.

İçəri divarlardasa müştərilərin çəkdiyi vulqar, abırsız rəsmlər var idi, daim pis qoxu var idi. Fahişələrin müştəriləri qəbul etdikləri guşələr elə balaca və dar idilər ki, mağaradakı deşiklərə oxşayırdılar. Və buranın o qədər kəskin qoxusu var idi ki, bura baş çəkmiş adamları o saat seçmək olurdu. Belə lunapariyalar Pompey xarabalıqlarında olduğu kimi qalıb.

Bu yerlərdə mərkəzi fiqur sutenyor idi ki, o əxlaq baxımından ən aşağı pillədə dayanırdı və ona dövlət vəzifəsi tutmaq kimi haqqı yox idi. Sutenyorun işi müştərinin vaxt limitinə nəzarət etmək idi. Müəllif həmçinin qədim Romada bu işə indiki kimi çox zaman sərf etmədiklərini deyirdi. Müştərilər girişdə pul ödəyib xidmətin növünə görə jeton alırdılar. Belə jetonlar “spintriya” adlanırdı. Jetonun bir üzündə göstərilən xidmətin təsviri o biri üzündə qiymət yazılırdı.

Sonralar legionlar işğal zamanı şəhərə çoxlu sarışın qadınları gətirdikdə, fahişələrin saçlarını açıq rənglərlə boyamaları və ya bunun üçün kifayət qədər pulu olmadıqda müvafiq parik almaq adət halına gəldi.

"Boyanmış qadın və ya at saçından hazırlanan bu parik, lupanara (fahişəxanaya) getməzdən əvvəl nəzakət xatirinə geyilən tam bəzəyin əsas hissələrindən biri idi". Xuan Pons 19-cu əsrdə yazdığı, "Dünyanın bütün xalqlarının fahişəlik tarixi: Ən qədim dövrdən bu günə qədər" kitabında yazırdı.

Fahişələrin geydikləri sandallar “Ardımca gəl” yazılmış izlər buraxırdı. Və fahişə ilə olsa belə bu əlaqələrdə ən aşağılayıcı olan bu aktda kişinin passiv rolda olması olardı. Romalılar belə kişiləri lağa qoyurdu.

Fahişəxana ziyarət üçün vaxt 3-də başlayır və səhərə qədər davam edirdi. Bu məhdudiyyət gənclər səhərlər gimnastikaya laqeyd yanaşmasın deyə qanunla müəyyən edilmişdi.

Fahişəliklə məşğul olan bütün qadınlar bu peşəyə icazə almaq üçün qeydiyyatdan keçməli adlarını xüsusi bir kitaba daxil etməli idilər. Yazıldıqdan sonra qadın adını dəyişə bilərdi. Martialın əsərlərindən və Pompeydəki yazılardan Dravka, Itonusia, Lais, Fortunata, Liciska, Thais, Leda, Filenis kimi peşəkar fahişələrin adları tarixə düşüb.

# 6590 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #