Stiven Kinq plagiatda ittiham olunur

Stiven Kinq plagiatda ittiham olunur
30 mart 2017
# 11:03

Stiven Kinqdən plagiat iddiası ilə 500 milyon dollar tələb olunur. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə iddia haqqında məlumat Stiven Kinqin əsəri əsasında çəkilmiş “Qara qüllə” filminin rolikinin çıxmasından sonra yayılıb.

Kinq The Rook komiksinin yaradıcıları tərəfindən plagiatda ittiham olunur. Onlar yazıçını məhkəməyə verərək 500 milyon dəyərində kompensasiya tələb edirlər.

İddiaçıların sözünə görə Kinqin “Qara qüllə” romanlar seriyasının baş qəhrəmanı Roland Diskeyn The Rook-un komiks qəhrəmanı Restin Deynə çox bənzəyir.

Kinqin personajı komiksin personajı kimi eyni inisial daşımaqla yanaşı kovboy paltarı geyinir, şərlə mübarizə aparır, zamanla səyahət edir. Bundan başqa romanda da komiksdə olduğu kimi oxşar qüllələr var.

The Rook komiksləri ABŞ-da 1977-ci ildən 1983-cü ilə qədər çıxıb. Stiven Kinq onları oxuduğunu əvvəllər demişdi. Xatırladaq ki, “Qara qüllə” seriyasının ilk kitabı da 1982-ci ildə çıxıb.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər