Vyanada Nəsimi gecəsi

Vyanada Nəsimi gecəsi
12 aprel 2019
# 09:43

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə muğam axşamı təşkil edilib.

Muğam axşamını giriş sözü ilə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını əsas götürən Mədəniyyət Mərkəzi şairin yaradıcılığına müraciət edib. Bir gün öncə mərkəzdə alman alimi Mixael Raynhard Hessin təqdimatında İmadəddin Nəsimi yaradıcılığı barədə tədbir keçirilib. İkinci tədbir isə Nəsiminin qəzəllərinin qiraəti və muğam parçaları əsasında hazırlanıb.

Sonra tanınmış nəsimişünas alim Mixael Raynhard Hess çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatında, ictimai fikrində tutduğu yerdən söz açıb. Qeyd edilib ki, XIII-XIV əsrlərdə Azərbaycanın yerləşdiyi tarixi-coğrafi məkanda hərbi-siyasi təbəddülatlar bir-birini əvəz edir, insanların dini-fəlsəfi görüşlərində yeniliklər yaranır, eyni zamanda, ədəbiyyat və incəsənət inkişaf edirdi. Azərbaycan torpağının Əbdülqadir Marağayi kimi musiqişünasları muğam musiqisinin inkişafına töhfə verir, digər tərəfdən isə İmadəddin Nəsimi ana dilini ən yüksək ədəbi-bədii pilləyə qaldırırdı. Yaradıcılığındakı axıcılıq, melodik xüsusiyyətlər və muğam musiqisi ilə həmahənglik Nəsimi qəzəllərinin sürətlə yayılmasına, dillər əzbərinə çevrilməsinə şərait yaradırdı. Bu yolla da sufi şairlər arasında xüsusi çəkiyə malik olan Nəsimi öz poeziyası ilə təmsil etdiyi hürufilik cərəyanının geniş yayılmasına təkan verdi.

Nəsimişünas alim çıxışında, həmçinin qeyd edib ki, Nəsimi yaradıcılığının daha dərin qatlarına enə bilmək üçün hələ çox iş görülməlidir. Azərbaycan dilinin inkişafında müstəsna rol oynayan Nəsimi yaradıcılığı həm Azərbaycan, həm də xarici tədqiqatçıların diqqət mərkəzində dayanmalıdır.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı heyəti “Bulmuşam həqqi...” adlı ədəbi-bədii musiqi proqramı ilə çıxış edib. Muğam axşamında Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Nəsiminin qəzəllərini ifa edib. Xalq artisti Mehriban Zəki, gənc aktyorlar Mirsənan Kazımlı və Ziya Ağayev Nəsiminin qəzəl və rübailərini söyləyiblər. Tanınmış qaval ifaçısı Mahmud Salahın müşayiət etdiyi sənətçilər İmadəddin Nəsiminin dövrünə xas şəkildə ifaları ilə tamaşaçılarda unudulmaz təəssürat yaradıblar. /azertag.az/

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər