Bakıda məşhur yazarın seminarı keçirilib - Fotolar

<span style="color:red;"> Bakıda məşhur yazarın seminarı keçirilib - <span style="color:red;">Fotolar
19 oktyabr 2019
# 14:34

Bu gün Bakıda Avropa Azərbaycan məktəbinin Badamdar filialında məşhur motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüçün seminarı keçirildi.

Kulis.az-ın verdiyi xəbərə görə, Libraff mağazalar şəbəkəsinin sponsorluğu ilə baş tutan tədbir insanlara mənəvi gücünü tanıtmaq amacından qaynaqlanır və "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlanır.

Səhnəyə çıxan Hakan Mengüç qonaqları salamladıqdan sonra söhbətə ney ifası ilə başlamaq istədiyini söylədi.

Söhbətin əsas mövzusunun sufilik olduğunu elan edən Mengüç bu dünya baxışın stresli gündəlik həyatımıza nə qədər aydınlıq gətirə biləcəyini izah etdi.

Motivasiyaçı dünyaya baxışın beş qaydasından bəhs edərək, bu qaydaları həyatının müxtəlif mərhələlərində təcrübə olaraq yaşadığını söylədi:

"Məktəbdə bacarıqsız bir şagird idim. Cavabını bildiyim bir suala da əlimi qaldıra bilməzdim. Özümü ifadə edə bilməzdim. Çünki məktəb sistemi istedadımı riyaziyyatla, coğrafiya ilə ölçə bilməzdi. Ədəbiyyat və musiqi dərslərində müəllimlərim məni qiymətləndirməyə başladı. Konservatoriyaya qəbul olmaq istədiyimdə isə mənə musiqi istedadımın olmadığını dedilər. Amma mən onlara inanmadım, illər sonra yazdığım "Mən nəyəm?" kitabında “Başqalarının gurultusunu deyil, qəlbinin fısıltısını eşit" yazmışdım. Qəlbinizi dinləyəndə siz özünüz olursunuz... Amacı olmaq belədir, Mövlana deyir ki axtarmaqla tapa bilməzsən, ama tapanlar axtaranlardır..."

Zaldakı qonaqlarla ünsiyyətə girən ifaçı və yazar öz fikirlərini, istinad etdiyi sufi alimlərinin hikmətlərini söylədikcə, tamaşaçılara kiçik bir təcrübələr yaşatmağı da unutmadı.

Hakan Mengüç həyat təcrübələrini belə anlatdığı səmimi söhbət və zarafatlarla, Mövlanadan və Şəmsdən danışdığı ibrətamiz əhvalatlarla, ruh oxşayan ney ifası ilə zalı ələ aldı.

Həmçinin ney ifası ilə müşaiyət olunan türkülər də səsləndirildi. Müxtəlif musiqi parçaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

Motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüç motivə edən çıxışları, kamillik fəlsəfəsinə əsaslanan "Mən nəyəm?" və "Qəlbin təmizsə hekayən mutlu bitər" kitabları ilə Azərbaycan və Türkiyədə məşhurdur.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər