Bu teatr ölkəmizi festivalda təmsil edəcək

Bu teatr ölkəmizi festivalda təmsil edəcək
6 avqust 2019
# 13:18

Cari ilin sentyabrında Fransanın Şarlövil-Mezyer (Charleville-Mézières) şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Bakı Marionet Teatrı təmsil edəcək.

Bakı Marionet Teatrı beynəlxalq festivala “Leyli və Məcnun” tamaşası ilə qatılacaq.

Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və milli dəyərlərə bağlılığın yaşadılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub. Teatrın repertuarına Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəylinin əsərləri daxildir.

Fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək məqsədilə teatr Fransanın Şarlövil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciət etmiş və onun müraciəti qəbul edilmişdir.

Qeyd edək ki, 1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında 30-dan çox ölkənin truppaları 150-dən çox tamaşa təqdim edir. Festivala 150 mindən çox tamaşaçı qatılır. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən 2 ildən bir keçirilir./azertag.az/

# 3969 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər