Xaricdə təhsil şirkəti də varmış... - Dövrümüzün Şeyx Nəsrullahı Nigar Fərhad kimdir?

Xaricdə təhsil şirkəti də varmış... - Dövrümüzün Şeyx Nəsrullahı Nigar Fərhad kimdir?
1 aprel 2025
# 12:00

"Sözün bitdiyi an" proqramının aparıcısı Nigar Fərhadın sözləri müzakirərələrə səbəb olub. Belə ki, onun "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb.

Kulis.az Rəna Nevzatın mövzu ilə bağlı yazsını təqdim edir.

Həə, dostlar. Novruz da bitdi, Ramazan da. Ancaq ölkədə özünü biabır eləyənlər bitmir ki, bitmir.

Ha deyirsən ki, çıxdı Günəş, doldu cahan nur ilə, bir də görürsən, kimsə barmağını soxdu Günəşin gözünə.

Vəssalam!

Bax, elə bu gün də belə oldu. Səhər yuxudan durub pəncərəni açdım, pəhh, gözəllik.

Masmavi səma, quşlar civildəşir, yarpaqlar asta-asta tərpənir. Elə təzəcə isti çayımdan qurtumlamağa başlayırdım ki, bir xəbər oxudum, çayım oldu zəhər.

Açığı, sizin də çayınızı zəhər, əhvalınızı təlx eləmək istəməzdim. Di gəl ki, mənim də işim budur. Yox, yox, işim əhvalınızı korlamaq deyil, belə “taleyüklü” problemləri işıqlandırmaqdır.


Aparıcı Nigar Fərhad: “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”.

Səhəri açdığım xəbərə baxın. Dedim, bəlkə, mən yuxuluyam, nəyisə səhv görürəm. Səd əfsus ki, doğrudur. Elə beləcə də deyib:

“Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”.

***

Nigar xanım sizə də tanış gəldi? Altı universitet bitirən var idi haa. Axırıncı dəfə də Harvardı bitirmişdi, bax, odur.

Altı universitet bitirmək üçün minimum 24 il lazımdır. Bunun üçün gərək onun 40-dan çox yaşı ola. Bilmirəm, bəlkə, yaşından balaca görünür, nə desəniz, olar.

Nigar Fərhad təkdirmi? Əlbəttə, yox. O qədər Harvard, Kembric məzunları var ki... İngilis dilini məzun olandan sonra öyrənirlər. Oksfordu ABŞ-nin ştatı hesab eləyənlər də bəs qədər.

Ona görə də Nigar Fərhad rahatdır. Silikonlu dodaqları ilə çıxıb istədiyi fikri istədiyi formada deyə biləcəyini düşünür. Baxır ki, belə danışanlar daha tez məşhurlaşır, verilişləri daha çox baxılır.

***

Həə, hələ sizə deməmişəm axı. Bəs sonra çıxıb açıqlama verib ki, mən elə demək istəməmişəm. Həyat yoldaşını atıb başqa qadınla evlənən ataların qızlarını oğluna almazmış.

Çox ciddi dəyişiklikdir, doğrusu. Az qala, səhv başa düşəcəkdik. Nə yaxşı ki, açıqlama verdiniz.

“Mən də başqa qadınla evlənən kişinin qızını oğluma almayacam".

Siz də almayın.

Heç kim almasın o qızları.

Xanım qızımız çox yəqin ki, belə bir reaksiya verməyimizi gözləyir.

Sonra da əlavə edir:

“Mənim onsuz da oğlum yoxdur”.

Heyf... Gör, nə qədər ümidlənən adam var idi. Atası anasını atıb başqa qadınla evlənməyən qızları deyirəm.

Ancaq ən böyük səhv Nigar yox, onu aparıcı təyin eləyən kanaldadır. Əlbəttə, bununla Nigara heç nə olmayacaq. Uzaqbaşı, bu hadisəni “şiddətlə” qınayacaqlar, vəssalam. Bir-iki günə gündəm dəyişəcək, Nigar yenə də eyni ritorika ilə veriliş aparmağa davam eləyəcək. Bu hadisə ilə yaxşı da reytinq yığdı, niyə də olmasın...

Onu efirə çağıranlar, media bir sorğu hazırlaya, Harvardla danışıb onun yalanını ifşa edə bilər. Ancaq eləmir. Çünki onlara belə adamlar lazımdır. Bu adamlar reytinq gətirir, bu cür fikirlərlə vaxtaşırı baş qatır. Ona görə də onlara toxunmaq olmaz.

Hələ bu qadın xaricdə təhsil şirkəti işlədir. Hə, vallah. Hər yerdədir. Bir evimizin içi qalmışdı, artıq ora da girib. Çətin ki, çıxsın.

***

Qəribə millətik. Məsələn, əsəri oxuyub Şeyx Nəsrullaha itin sözünü deyirik, ancaq ətrafımızdakı şeyxnəsrullahları həvəslə izləyirik. Onları məşhur eləyirik. Gözümüzün qabağındaca milyoner, milyarder olurlar.

Bəlkə də, bu, vaxtilə o əsərləri yazanların çıxış yolu göstərməməsinə görə idi? Yol göstəmək güzgü tutmaqdan çətindir axı. Ona görə də hələ də özümüzü ayinədə əyri görürük. Ona görə də sertifikatla Harvard məzunu oluruq.

Allah bizə rəhmət eləsin!

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Xəstəsiniz? - Ömər Xəyyam

18:40 2 aprel 2025
Hər çobanın əlinin altında alimlər işləyə bilər - Yalçın İslamzadə

Hər çobanın əlinin altında alimlər işləyə bilər - Yalçın İslamzadə

18:20 2 aprel 2025
Mirşahin Ağayev:  "Yığışdırın bu düşük boşboğazlığı!”

Mirşahin Ağayev: "Yığışdırın bu düşük boşboğazlığı!”

18:02 2 aprel 2025
Van Damm uşaq alverində ittiham olunur

Van Damm uşaq alverində ittiham olunur

17:20 2 aprel 2025
Stiven Spilberq dünyanın ən varlı məşhuru seçildi

Stiven Spilberq dünyanın ən varlı məşhuru seçildi

16:05 2 aprel 2025
Vətən satanları tanımaq üçün... - Allahyar Eyyuboğlu

Vətən satanları tanımaq üçün... - Allahyar Eyyuboğlu

15:30 2 aprel 2025
#
#
# # #