“Wednesday” geri qayıdır: 2-ci mövsümdə nələr olacaq?

“Wednesday” geri qayıdır:  2-ci  mövsümdə nələr olacaq?
30 iyul 2025
# 11:51

"Netflix"in məşhur “Wednesday” serialı 2025-ci ildə yeni mövsümlə geri qayıdır.

Kulis.az xəbər verir ki, ikinci mövsüm iki hissədə təqdim olunacaq: ilk 4 bölüm 6 avqust 2025, sonrakı 4 bölüm isə 3 sentyabr 2025 tarixində yayımlanacaq.

Yeni mövsümün çəkilişləri İrlandiyada baş tutub və 2024-cü ilin dekabrında tamamlanıb.

Serialın əvvəlki aktyor heyətində dəyişikliklər var: Ksavyeni canlandıran aktyor Persi Hines Uayt layihədən uzaqlaşdırılıb. Bu dəfə romantik süjetlərə yer verilməyəcək, serial daha qaranlıq və triller atmosferinə köklənəcək.

Əsas qəhrəman Uensdey yeni təhlükələrlə və sirli qətllərlə qarşılaşacaq. Seriala Uensdeyin qardaşı və nənəsi kimi yeni Addams ailəsi üzvləri də qoşulacaq.

"Netflix"in təqdim etdiyi treyler az vaxtda sosial şəbəkələrdə böyük maraq doğurub və yeni mövsümün daha gərgin olacağını vəd edir.

# 1443 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər