VI Beynəlxalq Türkologiya Konqresi yekunlaşdı

VI Beynəlxalq Türkologiya Konqresi yekunlaşdı
23 sentyabr 2022
# 16:20

Polşada VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində Azərbaycan təmsilçiləri fəal iştirak edib

Kulis.az xəbər verir ki, 19-21 sentyabr 2022-ci il tarixlərində Polşanın Varşava şəhərində təşkil olunan “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində çoxsaylı panellərdə Azərbaycan nümayəndələri fəal təmsil olunub.

Tədbirin plenar sessiyasında “Atatürk” Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov çıxış edərək, Azərbaycanda türkoloji elmlərin müasir dövrdə vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Həmçinin, Konqres çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunmuş panel keçirilib.

Paneldə, “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin nümayəndəsi Vəfa Quliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əlizadə, AMEA-nın elmi işçiləri Əhməd Qəşəmoğlu və Tahirə Məhəmməd, eləcə də Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova iştirak edərək Qarabağın yazılı abidələri, maddi və mədəni tarixi, Şuşa şəhərinin elmi inkişafına təkan verən hadisələr, XIX əsrdə şəhərin ədəbi və sosial həyatında qadınların rolu barədə təqdimatlar edib, müzakirələr aparıblar.

Tədbirdə “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərginin açılışı olub.

Bununla yanaşı, Konqres çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndəsi Gülər Abdullabəyovanın müəllifi olduğu və polyak dilində nəşr olunmuş “XIX əsrdə Azərbaycan-Polşa ədəbi əlaqələri” adlı kitabın təqdimatı olub. Kitab haqqında danışan müəllif Konqres iştirakçılarına XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edib.

Konqresin ikinci günündə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva və nümayəndəsi Gülarə Əmirova, Varşava Universitetinin nümayəndələri Şəhla Kazımova və Nərgiz Axundova Orxon Yenisey və Orta əsr türk abidələrinin tədqiqat tarixi, Sovet dönəmində Azərbaycanda türkologiyanın vəziyyəti barədə məlumat verib.

Keçirilən müzakirələrdə BDU-nun nümayəndəsi Zərifə Nəzirli ikinci Qarabağ müharibəsinin beynəlxalq mediada işıqlandırılması, Azərbaycan Tibb Universitetinin nümayəndələri Səkinə Əliyeva və AMEA nümayəndələri Aynur Mahmud türk dialektologiyasının əsasları barədə danışıb, dialektlərin müqayisəli təhlilini aparıblar.

# 2938 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər