Velosipedlə ardınca düşdüyümüz qadın - Orxan Məmmədli

Velosipedlə ardınca düşdüyümüz qadın - Orxan Məmmədli
30 sentyabr 2024
# 17:00

Bu gün məşhur aktrisa Monika Belluççinin doğum günüdür.

Kulis.az Orxan Məmmədlinin onun haqqında yazısını təqdim edir.

Bir dəfə yüksəkrütbəli bir zabit gəncliyində Nisə Qasımovanı sevdiyini, otağının divarlarını Nisənin şəkillərinin bəzədiyini elə həvəslə danışırdı ki, sanardın, əziz adamı, sevdiyi qadını haqqında danışır. Üzü gülürdü. Fərəhlənirdi. Bəlkə də, uğurlarının səbəbi hər gün Nisəni başının üstündə görməyi idi.

Sanballı ətir dükanlarında kofe dənələri olur. Qoxu reseptoru növbəti notu əvvəlki notla qarışdırmasın deyə, həmin dənələri iyləyirsən.

Monikaya baxmaq belədir - janrı qarışdırmadan növbəti misraya keçid kimi.

Gəlmişdi Bakıya, "Cartier"in açılışına. Butik Bülbül prospektinin kəsişməsində, "Azərtac"ın binasının altında yerləşirdi. Gedib görə bilərdim. Getmədim.

Suşi təamının yanında yanmış zəncəfil olur. Onu hər dəfə yeyirsən ki, digər rolların tamı bir-birinə qarışmasın.

Monika bütün şəkillərdən mənə baxır. Belədir Monika Beluççi - ona baxırsan ki, növbəti ovqata hər şeyi unudub keçəsən.

Sən ona baxırsan, o sənə. Yumşalırsan. Düyünlərin açılır. Əvvəllər platonikanı qəbul etmirdim. Amma indi ekstra terapiya kimidir.

"Malena" müəllimə ilə sevgi hekayəmiz isə 15 yaşından başlayır. Təhlil edirəm, onun idola çevrilməyi bizim "probujdeniya" vaxtımıza düşür. Fantaziyalarımızda velosipedlə ardınca düşdüyümüz qadındır o.

Balkondan güddüyümüz. Hər dəfə yoluna çıxdığımız...

Rejissorlar bizdən heç nə gizlətməyiblər, onu bədənnüma görüb, daha çox sevdik.

Sevirik onu. Mənim kimi yüz minlərlə, milyonlarla adam onun danışan baxışlarını, gözəl simasını, duruşunu, gülüşünü təmənnasız sevir. Tanrı tələsməyib onu çəkəndə. İlahədir!

Bu gün İlahə müəllimənin 60 yaşı olur. "Mestni şairlərimiz" demiş, o şərab qadındır. Qaldıqca kitaba çevrilir. Ona ən azı Sofi Loren qədər ömür yaşamağı arzu edirəm. Yəqin xoşbəxtdir. Milyonlarla sevəni var.

Mən də xoşbəxtəm. Sevə bilirəm! Özü də bərk!

# 4266 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər