Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu

Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu
16 dekabr 2023
# 11:30

Türkiyəli fotoqraf Cem Doğut NATO Hava Komandanlığının rəsmiXhesabı vasitəsilə təşkil etdiyi döyüş təyyarələrinin havadan çəkilişləri üzrə müsabiqənin qalibi olub.

Kulis.az xəbər verir ki, “İlin ən sevdiyiniz təyyarə şəkli hansıdır?” başlıqlı müsabiqədə qaliblər səsvermə yolu ilə təyin ediliblər və dörd ölkədən olan fotoqrafların işləri səsə qoyulub.

Türkiyəli aviasiya fotoqrafı və tədqiqatçısı Cem Doğut və aviasiya fotoqrafları Kristian Şrik, Bartek Bera və Covanni Kolla əsas mükafat uğrunda yarışıblar.

Müsabiqədə 32 min 259 səs verilib və Cem Doğutun çəkdiyi Polşa Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarəsinin fotosu 56,3 faiz səslə ən çox bəyənilən foto olub. Polşalı müstəqil fotoqraf Bartek Bera tərəfindən Fransanın “Dassault Rafale” döyüş təyyarəsinin Baltikyanı bölgədə yaxından çəkilmiş fotosu 36,6 faizlə ikinci yeri qazanıb. İtaliyalı Covanni Kollanın hava şousundan çəkilmiş fotosu isə 4,3 faizlə üçüncü yerə layiq görülüb. Kristian Şrikin çəkdiyi Niderland Krallıq Hərbi Hava Qüvvələrinə məxsus “F-35” təyyarəsinin fotosu 2,8 faiz səslə sonuncu yerdə qərarlaşıb.

Cem Doğut NATO müsabiqəsində birincilik əldə edən foto ilə bağlı məlumat verib. O, fotonun 31 oktyabr 2023-cü ildə Polşanın Malbork şəhərində çəkildiyini bildirib.

“Fotonu NATO Hava Komandanlığının mətbuat tədbirində çəkmişəm. İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “F-35A” təyyarələri Malbork şəhərində NATO-nun Hava Polisi missiyasını yerinə yetirirdi. Tədbir bu missiyanın tanıdılması məqsədi daşıyırdı. Oxşar bir missiya üçün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16”lar hazırda Rumıniyadadır. İtaliya “F-35”ləri ilə yanaşı ev sahibi Polşanın “F-16”ları da uçurdu. Biz fotoqraflar uçuş zamanı Polşa Hərbi Hava Qüvvələrinə məxsus “C295” yük təyyarəsinin arxa qapısından təyyarələrin fotolarını çəkdik. Birinci yeri qazanan fotonu da bu zaman çəkmişəm”, - deyə o qeyd edib.

Oxu.az

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Madonna yeni albomunun elanını verdi

Madonna yeni albomunun elanını verdi

16:09 18 aprel 2026
“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

14:41 18 aprel 2026
100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

100 illik tarixə malik kinoteatr yenidən qapılarını açdı: 20 illik sükut pozuldu

14:18 18 aprel 2026
Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?

Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?

13:30 18 aprel 2026
"Vini-Pux"un 100 illik sirri: Heç yerdə yayımlanmamış rəsmlər üzə çıxdı

"Vini-Pux"un 100 illik sirri: Heç yerdə yayımlanmamış rəsmlər üzə çıxdı

13:00 18 aprel 2026
Hans Xristian Andersen mükafatının qalibi açıqlandı

Hans Xristian Andersen mükafatının qalibi açıqlandı

12:20 18 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər