Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi

Türkiyədə “Elçinə ərməğan” adlı kitab nəşr edildi
16 iyun 2023
# 18:47

Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibəti ilə Türkiyənin “Bengü” nəşriyyatında “Elçinə ərməğan” adlı kitab çap olunub.

Kulis.az xəbər verir ki, nəşrdə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai və ədəbi fəaliyyəti haqqında məqalələr toplanıb. Kitabın Ön sözünü Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu qələmə alıb.Üç hissədən ibarət toplunun birinci hissəsi “Elçinə dair” adlanır.

Həmin hissədə yer alan Mir Cəlal, Bəxtiyar Vahabzadə, İsa Həbibbəyli, Məryəm Əlizadə və Abid Tahirlinin məqalələrində Xalq yazıçısının Azərbaycan və dünya mədəniyyətində, ədəbiyyatında, habelə teatrındakı xidmətləri yüksək qiymətləndirilir.

İkinci hissə “Elçinin roman yaradıclığı” adlanır. Bu hissədə tanınmış türk yazar və ədəbiyyatşünasların – Bilge Ercilasun, Alev Sınar Uğurlu, Mehdi Gəncəli, Furkan Abir, Canan Olpak Koç, Sedat Adıgüzel, Dinçer Atay, Yağmur Söğüt, Nihan Abir, Ezgi Karslı və Cem Sevincin məqalələrində Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları elmi və ədəbi baxımdan təhlil edilir.

“Elçinin hekayə yaradıcılığı” adlanan Üçüncü hissədə isə Türkiyənin tanınmış qələm adamlarının – Aliyə Uslu Üsten, Beyhan Kanter, Onur Belli, Fatih Kanter, Salim Çonoğlu, Metin Savaş, Suna Özcan, Mine Nihan Doğan, Oğuzhan Karaburgunun məqalələri toplanıb. Həmin yazılarda Elçinin hekayə yaradıcılığı dünya ədəbiyyatı kontekstində şərh edilir.

Kitabın sonunda Xalq yazıçısının uşaqlıq, gənclik illərini əks etdirən fotoları ilə yanaşı, Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikası prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl, Azərbaycan və Türk ədəbiyyatının görkəmli simaları İlyas Əfəndiyev, Yaşar Kamal, Cavad Heyət, Yaşar Qarayev və başqaları ilə çəkilmiş bir-birindən maraqlı fotoları yer alıb.
Kitabın redaktorları Salim Çonoğlu, Mehdi Gəncəli, Yasin Yavuz və Çem Sevincdir.

# 1823 dəfə oxunub

Oxşar xəbərlər

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər