Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq simpozium keçirdi

Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq simpozium keçirdi
15 noyabr 2022
# 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib.

Kulis.az xəbər verir ki, Özbəkistanın qədim Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) təşkilatçılığı, eləcə də İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsi: İpək Yolu – silsilə transmilli YUNESKO nominasiyaları” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Tədbir Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının IX Zirvə toplantısı çərçivəsində təşkil edilib.

Simpoziumun əsas məqsədi Böyük İpək Yolunun qədim dövrlərdə və orta əsrlərdə Avrasiyanın tarixi-mədəni inkişafına təsiri, həmçinin Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında bu mövzularda birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi, eləcə də YUNESCO-nun İpək Yolu transmilli silsilə layihələrinin perspektivləri barəsində geniş fikir mübadiləsinin aparılmasıdır.

Tədbiri giriş sözüylə açan Fondun Prezidenti Günay Əfəndiyeva simpoziumun tarixi İpək Yolu üzərində yerləşən, qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısı çərçivəsində təşkilinin önəmindən bəhs edib. Fondun prezidenti bu hadisələri qardaş Türk dövlətləri arasında həmrəyliyin daha da gücləndirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirib. İpək Yolunun vacibliyindən danışan Günay Əfəndiyeva bu marşurutun Şərqlə Qərb arasında körpü rolunu oynadığını, həmin ərazilərdə yaşayan xalqlar arasında mədəni mübadiləyə töhfə verdiyini, həmçinin yeni reallıqlar çərçivəsində bu sahədə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Səmərqəndəki Baş Konsulu Salih Caner, Qırğızıstanın Özbəkistandakı Səfirliyinin müşaviri Nurlan Cumaliyev, eləcə də Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş Katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti v.i.e. Füzuli Məcidli çıxış edərək türk dövlətlərinin istər tarixi, istərsə də müasir İpək Yolu ilə bağlı olan sahələrdə işbirliyinin əhəmiyyətini vurğulayıblar.

Simpoziumun ikinci hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Şahin Mustafayev, tarixçi alim Fərda Əsədov, Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü akademik Baurjan Baytanayev, qırğızıstanlı alim Bakıt Amambayeva, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Dmitriy Voyakin, Yaxyo Quliamov adına Özbəkistan Arxeologiya İnsitutunun direktor v.i.e. Mominxon Saidov və digərləri məruzələrlə çıxış edərək, İpək Yolu silsilə nominasiyalarının praktik önəmini dilə gətirib və müasir mərhələdə onların coğrafi əhatəsini genişləndirilməsi, bütün türk dünyasında həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin, beynəlxalq elmi simpozium çərçivəsində Beynəlxalq Mədəniyyəti və İrsi Fondu tərəfindən rus və ingilis dillərində nəşr edilən “Azərbaycan İpək Yolu üzərində” kitabın təqdimat mərasimi keçirilib. Kitab Fondun həyata keçirdiyi “Türk Dövlətləri Böyük İpək Yolu Üzərində” adlı genişmiqyaslı layihəsinin ilk kitabıdır.

Sonda iştirakçılar tərəfindən simpoziumun işi ilə bağlı qətnamə qəbul olunub.

# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

"Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir?

15:00 15 iyul 2026
Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin bu ölkədəki konsertini ləğv etdi

13:41 15 iyul 2026
44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

44 yaşına qədər evlənmədi, tələbəsinə aşiq oldu - Cəlal Qaryağdının film kimi həyatı

12:50 15 iyul 2026
Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir?

11:17 15 iyul 2026
Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

Mayalar ulduzları 1200 il əvvəl necə hesablayırdı? - Xultunda "Ağ sinəli tülkü"nün imzası tapıldı

10:47 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər